Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan Cavab
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Ermənistanın hökumətyönlü teleqram kanallarını oxumaq xəstəliyə səbəb ola bilər”.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Ermənistanın teleqram kanallarında yayılan geniş məlumatlara görə, Azərbaycanın guya üçüncü ölkə vasitəsilə Hindistandan silah alınması ilə bağlı təklif göndərdiyi barədə sualını cavablandırıb.
“Ermənistanda hökumətyönlü teleqram kanalları çox şeylərə inandırmağa çalışırlar. Onları oxusanız, mənə elə gəlir ki, xəstələnə bilərsiniz. Ona görə də onları oxumamaq daha yaxşıdır. Bəzən elə cəfəngiyyatlar yayırlar ki...”, - deyə Zaxarova bildirib.
O əlavə edib ki, Azərbaycan və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı bu dövlətlərin öz işidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Dekabr 2024 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















