Icma.az
close
up
RU
Erməni kilsəsində parçalanma: Paşinyan və II Qaregin yenidən toqquşdu

Erməni kilsəsində parçalanma: Paşinyan və II Qaregin yenidən toqquşdu

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurmanın son günlər yenidən güclənməsi müşahidə olunur.

Lakin Ermənistanın Baş naziri katalikos II Qaregini istefaya göndərmək üçün yeni taktikaya əl atıb. Ötən aylarda katalikosun subaylıq andını pozmasına dair təbliğat, sonra II Qareginə yaxınlığı ilə seçilən bir sıra arxiyepiskop və yepiskopların silahlı yolla dövlət çevrilişi etməkdə, həmçinin terrorçuluqda ittiham edilərək həbs olunması demək olar ki, ciddi nəticə vermədi. 

Ruhanilərin və keşişlərinin əksəriyyətinin katalikosu dəstəkləməsi ona Eçmiədzin Ana Taxt-Tacına rəhbərliyi saxlamağa kömək etdi. Buna baxmayaraq, Nikol Paşinyan katalikosu istefaya göndərmək qərarından geri çəkilmir. 
Çünki Baş nazir bu məsələyə siyasi kontekstdən yanaşır və Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərində kilsənin revanşist müxalifətə dəstəyinin qarşısını almağa çalışır.

Əslində, Rusiyaya sıx bağlı olan Erməni Apostol Kilsəsi də siyasi proseslərə müdaxilədən imtina etmək fikrində görünmür. Paşinyan da Rus Provaslav Kilsəsinə kanonik tabelikdən daha çox  siyasi-ideoloji cəhətdən bağlı olan Qriqoryan kilsəsinin seçkilərdə Ermənistanda hakimiyyət dəyişikliyi üçün bütün resurslardan istifadə edəcəyindən narahatdır.

Ona görə də Paşinyan son günlər katalikosun istefasına nail olmaq üçün Erməni Apostol Kilsəsində parçalanma yaratmağa cəhd edir. Bu baxımdan, arxiyepiskop Arşak Xaçatryanın intim videosunun yayılması hakimiyyətin kilsəyə qarşı mübarizədə əlini gücləndirib.  

Noyabrın 27-də Nikol Paşinyan 4-ü arxiyepiskop, 4 nəfəri isə yepiskop olmaqla, katalikosa qarşı çıxan 8 yüksək rütbəli din xadimini qəbul edib. Paşinyan keşişlərə açıq şəkildə ifadə etdikləri prinsipial mövqeyə görə təşəkkür edib və dəyərlər sisteminin rolundan danışıb. 

Qeyd edək ki, yepiskoplar bəyanat yayaraq, arxiyepiskop Arşak Xaçatryana aid edilən videoların həqiqiliyinin ekspertiza tərəfindən təsdiqləndiyini və bütün ermənilərin katolikosunun nəyin bahasına olursa olsun Arşakın küfr əməlini ört-basdır etməyə çalışdığını bildirib.

Səkkiz nəfər arxiyepiskop və yepiskop eyni zamanda, katalikosa müraciət edərək Arşak Xaçatryanın vəzifədən uzaqlaşdırılmasını xahiş ediblər. Paşinyan keçirdiyi brifinqində həmin bəyanata istinad edərək keşişləri görüşə dəvət edib. Baş nazir ruhanilərlə baş tutan görüşündə qeyd edib ki, dövlətin və cəmiyyətin dəyərə əsaslanan xarakteri həm də mənəvi həyatla bağlıdır:

“Mən sizin bəyanatınızı elə bu prizmadan oxudum, ən azı eyni narahatlığın ifadəsini gördüm”, - deyə Paşinyan vurğulayıb.

Göründüyü kimi, videogörüntülərlə bağlı insidentin əsl hədəfi Arşak Xaçatryan deyil, katalikos olub. II Qaregin isə bütün ətrafı ilə birlikdə Paşinyana qarşı müqavimət göstərir və yenidən katalikos seçilmək niyyətindədir.

Katalikosun nümayəndəsi Vrtanes Bahalyan hesab edir ki, 54 yepiskopdan 8-i katolikosu devirmək üçün Baş nazirin kampaniyasına qoşulub.

“Hər kəs qoşulsa belə, bu, katolikosun istefası üçün əsas deyil. Patriarx həzrətləri yalnız etiqadından kənara çıxdığı təqdirdə istefa verə bilər”, - deyə Bahalyan bildirib. 

Qeyd edək ki, Paşinyan II Qaregini subaylıq andını pozmaqda, çoxarvadlılıqda, hər ölkədə bir övladının olmasında, “Bentliy” avtomobilində gəzməkdə ittiham edib və bunu İsa Məsihə xəyanət adlandırıb.

Vrtanes Bahalyan isə 50 il bundan əvvəl törədilmiş cinayətə görə II Qaregini ittiham etməyin düzgün olmadığını deyib. Erməni Kilsəsini Müdafiəsi üzrə Ümumerməni Şurası isə bəyanat yayaraq Nikol Paşinyanla görüşən yepiskopları xəyanətdə ittiham edib:

“Biz Erməni Kilsəsinin Müdafiəsi üzrə Ümumerməni Şurası olaraq bildiririk ki, bu din xadimləri əslində öz mənəvi dəyərlərindən əl çəkiblər. Onlar kilsənin gəmisini məhz fırtınada qorunmağa ehtiyac duyduğu anda tərk etdilər. Və bu addımdan sonra onlar artıq Kilsəni, mömin insanları və hətta daha çox Tanrını təmsil edə bilməzlər.

Bütün inanclı insanları təxribatlara boyun əyməməyə, yalan və təzyiq səs-küyünə inanmamağa, Eçmiədzinin müqəddəsliyinə sadiq qalaraq bütün sınaqlardan inamla və mətanətlə keçməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilir.

Yaranmış vəziyyət Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının daha gərgin mərhələyə daxil olduğunu göstərir. Seçkilər yaxınlaşdıqca bu ziddiyyətlərin artması siyasi proseslərə təsirsiz ötüşməyəcək. 

Müşfiq Abdulla
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan II Qaregin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri