Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Erməni mifləri Azərbaycan həqiqətlərinə çırpılıb çiliklənir

Erməni mifləri Azərbaycan həqiqətlərinə çırpılıb çiliklənir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tibb elmi o səviyyəyə çatıb ki, canlıların da klonlaşdırılması adi əməliyyat sayılır. İnsanın ciyərinə, ürəyinə stimulyatorların qoşulması, yaxud onların yenisi ilə əvəzlənməsi ilə artıq kimisə heyrətləndirmək mümkün deyil. Bircə qalıb beyinə müdaxilə üsuluna yiyələnmək. Doğrudur, bədənin qoz ləpəsinə oxşayan baş orqanının üzərində cərrahi əməliyyatlar aparılır, amma beynin sol yarımkürəsinin daxilinə nüfuz etməyin yolu hələ kəşf edilməyib. Onun da vaxtı gələcək...

İndi biz də gözləyirik ki, erməni cəmiyyəti birmənalı şəkildə başa düşsün ki, sən qonşunun, ümumiyyətlə, başqasının malına-mülkünə tamah sala bilməzsən. Sənə aid olmayanı mənimsəməyə çalışmaq isə həm ərazi, həm mədəni-tarixi, həm də əxlaqi cəhətdən qəbuledilməzdir. Dünyanın çoxdan qəbul etdiyi bu sadə prinsipləri anlamaqda çətinlik çəkən coğrafi qonşularımız bu gün bilavasitə özlərini utopik-ideoloji, aqressiv-şovinist istəklərinin acı meyvələrini dadmağa məhkum ediblər. Üçüncü minilliyini xərcləyən müasir sivilizasiya çox dəyərlərə yenidən baxıb, zaman, sürət və təbiətlə uzlaşma düsturlarını təzələyib, amma erməni cəmiyyəti dəyişmir ki, dəyişmir. Haylar hələ də miflərin kölgəsində dayanıb inanclarını reallığa yox, xəyal aləminə kökləməklə məşğuldurlar. Sanki başlarını qaldırıb ətrafda cərəyan edən hadisələrin mahiyyətini dərk etmək və hamı kimi yaşamaq istəmirlər. Belə görünür ki, onlar neçə əsrin dolanbaclarında yollarını azdıqları mifologiyaların, “miatsum” sədalı “bayatıların” əsiri olaraq qalmaqda israrlıdırlar.

Ərz etdiyimiz hay reallığının təsdiqi kimi, bir neçə gün bundan əvvəl keçmiş deputatın, indi isə siyasi analitikə çevrilən Armen Abovyanın açıqlamasını göstərmək olar. O, ilk növbədə, Ermənistanda iqtidarda olan “neoliberal qrup”un reytinqinin sürətlə aşağı düşməsini qeyd edib. Üç il bundan əvvəl efirdə baş nazirlərini dəli adlandıran Abovyanın fikrincə Nikol Paşinyan vaxtilə Hayastanı “ən güclü siyasi dövlətlərin zirvəsinə çıxaracağına, onun təhlükəsizlik arxitekturasını və sosial bərabərliyini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldıracağına” söz vermişdi. Bunun ardınca, o, “Artsaxın müvəqqəti işğalı və demarkasiya və delimitasiyası adı altında Ermənistanın strateji bölgələrinin düşmənə təslim olunduğunu, Türkiyə və Azərbaycan tərəfindən gündəlik müharibə təhlükəsinin mövcudluğunu” elan edib.

Şübhəsiz ki, bu və ya digər formatda deyə bilərik ki, təkcə Abovyanın deyil, digər separatçı-daşnakların səsləndirdiyi belə ritorik fikirlər Ermənistan ictimaiyyətinə deyil, xarici auditoriyaya hesablanıb. Hay ekspertlərin belə siyasi “analizləri” dayanacağı çoxdan arxada qoymuş qatarın dalınca vay-şivən qoparmaqdan başqa bir şey deyil. Bu məqamda, sadəcə olaraq, onların diqqətinə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 10-da bütün dünyaya yayılan Azərbaycan xalqına müraciətində dediklərindən bir sitat gətirəcəyik: “Paşinyanı dəfələrlə odla oynamamağa, xalqımızın səbri ilə oynamamağa çağırdıq. Ona aid olmayan torpaqları tərk etməyə, haqq yolunu tutmağa dəvət etdik. Qonşularımız isə bunları dinləməyərək, beynəlxalq hüququn bütün normalarını pozaraq, Azərbaycan ərazilərində qanunsuz məskunlaşma həyata keçirərək, bizi daha çox incitmək üçün xaricdən Şuşaya erməniləri gətirdilər. Amma biz işğalçıları torpaqlarımızdan qovduq, it kimi qovduq. Hamı bizim gücümüzü gördü, Dəmir yumruğ”umuzun gücünü anladı”.

Prezident, Ali Baş komandan İlham Əliyevin dörd ildən bir qədər əvvəl dediklərini bir daha diqqətlə dinləməsinin Ermənistan cəmiyyətinin müxtəlif təbəqələri üçün faydalı olacağına əminik. Bu sözləri Abovyanın “analitik sayıqlamalarına” əlavə olaraq, onun təlimatlarını rəhbər tutduğu xarici dairələrin də eşitməsi vacibdir. Azərbaycan rəhbərinın xalqına müraciətində lakonik şəkildə söylədiklərində Cənubi Qafqazda kimin nəyi işğal etdiyi və bunun bədəlini necə ödədiyi aydın və konkret şəkildə sıralanıb. “Siyasi ekspert” Armen Abovyanın yuxarıda diqqətinizə verdiyimiz mülahizələrində növbəti “kəşfinə” gəlincə, burada da tarixin acı dərslərindən ibrət götürmək istəməyənlər üçün şüuraltı maarifləndirmə seanslarının aparılmasının vacibliyini xatırlatmağın yeri var.

* * *

İndi isə Azərbaycan Prezidentinin 2024-cü ilin əvvəllərində dedikərinə istinad edək: “Biz həm 2021-ci ilin mayında, həm də 2022-ci ilin sentyabrında öz mövqelərimizdən bir addım da uzaqlaşmadıq. Çünki bir sərhəd yaradılmalı idi. İndi Ermənistanın mübahisə etdiyi dislokasiya yerimiz heç bir yaşayış məntəqəsini əhatə etmir”.

Bəli, biz sərhədlərimizin təhlükəsizliyinə zəmanət verən yüksəklikləri tərk etməyəcəyik. Bu, heç kəsdə sual və ya şübhə doğura bilməz. Çünki, öz torpağımızdayıq. Qərbin bəzi ermənipərəst dairələrinin “Türkiyə–Azərbaycan tandemi fonunda müharibə təhdidləri və Ermənistan ərazilərinin işğalı” barədə avantürist çıxışları yalnız auditoriyaya hesablanmış dezinformasiyadır. İkinci Qarabağ müharibəsinin gedişində, 2020-ci ilin oktyabrında Prezident İlham Əliyev açıq mətnlə bildirmişdi: “İyul ayında biz asanlıqla Ermənistan ərazisinə keçərək, oradakı torpaqları zəbt edə bilərdik. Heç kim bizə müqavimət göstərə bilməzdi. Amma biz bunu etmədik. Çünki mən icazə vermədim. Biz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə girməyəcəyik”.

Bakı dəfələrlə bəyan edib ki, biz müharibə yox, sülh istəyirik. Amma ədalətli sülh! Zəfər çaldığımız 44 günlük müharibədən sonra Azərbaycanın irəli sürdüyü şərtlər mövcud reallığa söykənir, beynəlxalq hüquqa əsaslanır. İki ölkə arasında sülh müqaviləsi məz bu şərtlər əsasında imzalanmalıdır. Sülhə və əməkdaşlığa dəvət etdiyimiz Ermənistan isə min cür siyasi hoqqabazlığa əl ataraq, bundan boyun qaçırmağa çalışır.

Hesab edirik ki, Abovyan və onun kimilərinin, sadəcə olaraq, sakit, ayıq başla dövlət başçımızın onlara və dünyaya ünvanladığı mesajları diqqətlə öyrənmələri məqsədəuyğun olardı. Müxtəlif beynəlxalq forumlarda, ən yüksək tribunalardan səsləndirilən həmin xəbərdarlıq mesajlarını erməniləri Azərbaycana qarşı yeni təxribatlara sövq etməyə çalışan xarici qüvvələrin başbilənlərinin eşitmələri vacibdir. Çünki, dünyanın bir çox nüfuzlu siyasətçilərinin də etiraf etdikləri kimi, İlham Əliyevin sözü və əməli həmişə düz mütənasib olur.

* * *

Yazımızın sonunda bir məqamı da oxucuların diqqətinə çatdırmaq istərdik. Hazırda Ermənistan hakimiyyəti daxili siyasi böhranla çarpışmaqdadır. Qərb və Rusiya arasında ikiüzlü manevrlər limiti tükənmiş Nikol Paşinyanın artıq xarici tərəfdaşlarından əvvəlki dəstəyi ala bilməməsi göz qabağındadır. Daxildə “birləşmiş müxalifətin”, kilsənin və “beşinci kolon”un məqsədi hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirməkdir. Bu zaman baş nazirin istefaya məcbur etdiyi sabiqlərdən bəziləri səslərini ucaltmağa başlayıblar.

Erməni mediasında, eləcə də sosial şəbəkələrdə yayılan məlumatlara görə, Nikol Paşinyan “birləşmiş müxalifət” düşərgəsində yeni həbsləri həyata keçirməyə hazırlaşır. Xəbərlərdə rəsmi İrəvanın gözlənilən kütləvi etiraz aksiyaların qarşısını qətiyyətlə almaqdan ötrü məxfi plan hazırladığı da qeyd olunur. Bu “operativ əməliyyat planı”na müxalifətin radikal fəallarına qarşı müxtəlif xarakterli təzyiqlərdən tutmuş, bəzi liderlərin aksiya keçiriləcək meydan və küçələrə çatmadan həbsinə qədər hərəkətlər daxildir. Artıq güc strukturlarının əlahiddə qüvvələrinin, hakimiyyətin nəzarətində olan xüsusi polis dəstələrinin “təlimlərə” başladırları barədə xəbərlər yayılmaqdadır. Müxalifət isə qarşıdakı mitinqlərə daha çox kütlə cəlb etmək üçün Abovyan kimi ekspertlərin xidmətlərindən yararlanır.

Beləliklə, Armen Abovyan və erməni siyasi ekspertlər icmasının digər nümayəndələri həmvətənlərinin beynini zərərli ideoloji trafaretlərlə dumanlandırmaqdansa, onlara yaxın tarixin dərslərini xatırlatsınlar, hakimiyyətdən ölkə konstitusiyasına dəyişikliyi tələb etməyə çağırsınlar.

Hələ ki, beyinə cərrahi müdaxilə ilə “aorta koronar şuntlama” əməliyyatı aparmağın yolunu icad eləyən olmayıb. Ölmüş hüceyrələri “dirildəcək”, yaddaşı bərpa edəcək, gözü, qulağı gücləndirməklə beynin dərketmə və anlama funksiyalarını sağlamlaşdıracaq o gələcəkdə həyata keçiriləcək əməliyyatın hayları çoxəsrlik mərəzdən xilas edəcəyini, dalandan hamar yola çıxaracağını indidən deməyə çətinlik çəkirik. Çünki onlar “ali irq” kimi burada da istisnalıq təşkil edə bilərlər...

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Dekabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri