Erməni müğənni oğlunun toyunda Muleyli ni oxudu VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Erməni müğənni Davo Abaransi oğlunun toyunda Azərbaycanın məşhur "Muleyli” xalq mahnısını səsləndirərək diqqətləri üzərinə çəkib.
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş rezonans doğurub.
Toy məclisində Azərbaycan musiqisinin səsləndirilməsi izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Kadrlarda Davo Abaransinin mahnını həvəslə ifa etdiyi, qonaqların isə ona qoşulduğu görünür.
Qeyd edək ki, "Muleyli” Azərbaycan xalq musiqisinin ən tanınmış nümunələrindən biridir. Uzun illərdir toy məclislərində, şənliklərdə və müxtəlif musiqi proqramlarında səsləndirilən bu mahnı öz oynaq ritmi və yadda qalan melodiyası ilə seçilir.
Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilən "Muleyli” ölkə sərhədlərini aşaraq regionun müxtəlif xalqları arasında da məşhurluq qazanıb. Mahnı bu gün də müxtəlif ifaçılar tərəfindən səsləndirilir və dinləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Həmi görüntüləri təqdim edirik:
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















