Erməni nazir: Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Ermənistanla Azərbaycan arasında gedən proses müsbət mənada belə təəssürat yaradır ki, biz sülh müqaviləsi imzalayacağıq və ona doğru gedirik.
Turkustan.az Modern.az-a istinadən xəbər verir ki, bunu parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.
O, müqavilənin imzalanma zamanı barədə heç nə deyə bilməyəcəyini, lakin hadisələrin inkişafının müsbət olduğunu vurğulayıb.
“Əgər sazişin mətni ətrafında bütün məsələlər razılaşdırılsaydı, imzalanardı. Azərbaycana nəsə göndərsək, cavab verirlər, yəni razılaşdırılmamış bəzi məsələlər var. Amma söhbətlərə baxanda hər şey razılaşmağa doğru irəliləyir. Heç bir eskalasiya yoxdur, bizim demarkasiya olunmuş ərazimiz var və sülh müqaviləsi ətrafında irəliləyən proses var. Əgər müsbət proses varsa, ondan kənara çıxmağın məntiqi nədir? Fikrimcə, mövcud format yaxşıdır və biz irəli getməliyik”, - Papoyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Noyabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















