Icma.az
close
up
RU
Erməni ordusunun yarandığı gün ermənilərin etirafına baxın!

Erməni ordusunun yarandığı gün ermənilərin etirafına baxın!

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bu gün erməni ordusunun yaranma günü ilə bağlı erməni politoloqlar, siyasətçilər, ekspertlər bir-birinin ardınca çoxsaylı açıqlamalar verir, Aprel savaşında sarsılan, 44 günlük müharibədə darmadağın olan bu zavvallı silahlı qruplaşmanın hansı durumda olduğunu dolayısı ilə etiraf edib, “keçmiş zamanların” xiffətini çəkirlər.

Belə paylaşımlardan birini də Varujan Geqamyan edib. O “xatırlayır” ki, 2015-ci ildə Sankt-Peterburqda keçirilən tələbə festivalında ermənilərlə azərbaycanlılar arasında qalmaqal düşüb. Səbəb isə Ermənistan pavilyonunda “artsax simvollarının” nümayişi olub.

Geqamyanın yazdığına görə, səhərisi azərbaycanlılar xəritələrlə, kitab-sübutlarla, dəlillərlə şəhər rəhbərliyinə gəliblər, ermənilər isə “2-3 nəfər olub, həm də boş əllə”. Azərbaycanlılar Qarabağın Azərbaycana aid olduğunu və Ermənistanın Peterburqdakı pavilyonda başqa ölkənin ərazisinə iddiasını ictimailəşdirməsindən narazılıqlarını bildiriblər, həm də həyəcanla, narahatlıqla, əsəbiliklə. Nəhayət, Peterburq meri “Qarabağ savaşını bizim şəhərə daşımayın” deyə qərar verib.

Varujanın sözlərinə görə, görüşdən çıxarkən “ən odlu-alovlu” azərbaycanlıya yaxınlaşıb və “Sakit olun, Qarabağ bizimdir” deyib. Bunu deyərkən, “heç bir həyəcan keçirməyib, narahat olmayıb”, “çünki hər sözünün arxasında bir erməni əsgər dayanırdı” – Varujan belə yazır...

Varujanın bu tövrü, yanaşması ilk deyildi ki! Tiflisdə keçirilən beynəlxalq tədbirdə, vasitəçilərin iştirakı ilə azərbaycanlılarla birgə konfrasda Artsrun Ovannisyan – ki illər sonra, 44 günlük savaşda yalanlar uydura-uydura, axırda guya “infarkt” olub, aradan çıxdı - fakt qarşısında deməyə sözü qalmayanda, “Biz Qarabağı qan töküb almışıq, cəsarətiniz çatır, gəlin alın” deyə meydan oxumuşdu – həm də beynəlxalq vasitəçilərin yanında, üz-üzə, göz-gözə!

Ermənilər bu meydanoxumaları bütün beynəlxalq platformalarda səsləndirir və Qərbin bununla fikrini dəyişəcəyini düşünmürdülər də - zatən, elə bu işğalı arxasında da Moskva ilə birgə Qərb də dayanırdı.

Elə 44 günlük savaşdan öncə Rusiya kanalında “biz döyüşçüyük, ermənilər əsgərdir, azərbaycanlılar isə alverçi, bazar alverçisi” deyib, Qarabağı işğal etdiklərini uca səslə etiraf etməkdən çəkinməyib, azərbaycanlıları aşağılayan erməni ekspert də xatirimizdədir!

Aşağıdan yuxarıya və yuxarıdan erməni diasporuna qədər, hər yerdə bu cür idi: müharibə etmişik, almışıq, bufer-zona yaratmışıq, əcəb eləmişik – qalibik!

Düşük, siyasətdən heç nə qanmayan, sovetlərin azərbaycanlıların ov tüfəngini belə yığmasından sonra “kişilənib”, rus ordusu və zirehli texnikasının sayəsində mülki və silahsız 800 min azərbaycanlını qovmasını “böyük qələbəsi” hesab edən Robert Köçəryanın dünyaya meydan oxuyan Sovet İmperiyasını idarə edənlərdən biri olan böyük dövlət adamı və nəhəng siyasətçi Heydər Əliyevin qarşısında təşəxxüsünü, palan görməyən qoduğun sarı nər önündə soncuqlaması misalı, “ibarəli və mimikalı” davranışını xatırlayırsınızmı? – sosial şəbəkələrdə videoları var, baxa bilərsiniz!

Yaxud işğal etdiklərini açıq şəkildə təsdiqlədikləri, etiraf etdikləri, “bufer-zona” adı ilə saxladıqları əraziləri boşaltmaq lazım gəldiyi haqqında Belarus lideri Aleksandr Lulkaşenkonun təklifi və israrı qarşısında “o əraziləri almaq üçün 5 min əsgər itirmişəm, niyə çıxmalıyam” deyən, “o beş milyard verir, mən 6 milyard verirəm, Qarabağdan imtina etsin” sözünü dilə gətirən Sərkisyanın sözlərini necə, unutmamısınız ki? Lukaşenko yaydı o videoları, hər yerdə var, baxın!

Paşinyan demokratdır, Sərkisyana, Köçəryana, azərbaycanlıları kütləvi şəkildə köçürməsi, etnik təmizləmə aparması ilə fəxr edən Ter-Petrosyana bənzəmir, ona görə “Real Ermənistandan” danışır, elədirmi?

Siz buna inanırsınızmı?

Bu, həmən Paşinyandır Şuşaya gəlib, içib-keflənib, Azərbaycan yallısına rəqs edib, “Qarabağ Erməönistandır və nöqtə” demişdi!

Bu həmən Paşinyandır Davosda Azərbaycan lideri ilə Qarabağ mübahisəsinə cəsarət etmişdi – o ayrı məsələ ki, Azərbaycan Prezidenti onu və onun sələflərini masada da, diplomatik danışıqlarda da, debatlarda da darmadağın edirdi və edir.

Bu həmən Anna Akopyandır ki, Qarabağda Azərbaycan muğamı keçirməyə və Azərbaycanın birinci ledisini “qonaq çağırmağa” hazır olduğunu bildirmişdi!

Bu həmən Paşinyandır müharibə zonasından 100 km kənarda mülki insanların qətlinə sərəncam vermişdi!

Bu həmin Annadır hərbi forma geyinib, “snayperlər dəstəsi” yaratmışdı və Xankəndiyə gəlib, “hücum əməliyyatı” hazırlamışdı!

Gəncədə mülki insanları qətlə yetirən Paşinyanla Xocalıda qətliam törədən Sərkisyan arasında çoxmu fərq var?

Sergey Markov cəmi 3 gün öncə erməni mediasında yayılan təhlilində əla bir söz işlətmişdi. İfadə təxminən belə idi: İndi “real Ermənistan”dan danışan Paşinyan müharibədə qalib gəlsəydi, Azərbaycana hansı tələblər irəli sürəcəkdi, Azərbaycan nələri etməyə məcbur olacaqdı?

Həmin Paşinyandır “Yeni müharibə və yeni ərazilər” deyə Azərbaycana açıq şəkildə meydan oxuyur, yeni müharibə ilə yeni ərazilər işğal edəcəyini bildirir və “hər sözünün və özünün arxasında duran əsgərinə” arxalanıb, azərbaycanlıların ləyaqəti, mənliyi, varlığı ilə “yallı gedib”, işğal təkəbbürü ilə davranırdı.

Azərbaycan Əsgəri Petrosyanın, Sərkisyanın, Köçəryanın, Paşinyanın və varujanların “sözlərinin və özlərinin” arxasında duranları si...lib atdı!

Azərbaycan Ordusu illərdir erməni ordusundan mif yaradanların və bu mifə söykənənlərin söykəndiyi yeri bir anda darmadağın etdi!

Bu gün bizi hədələməkdən və “düşmən zərbəmizi görəcək” deyən Ohanyanın “keçilməz” sayılan yeddiqat, yeddimərhələli səddini Azərbaycan Ordusu bircə cəhddə si...lib keçdi!

Araba kölgəsində - rus ordusunun, rus texnikasının – kölgəsində yatıb, dinc azərbaycanlıları qırmaları, Xocalıda qətliam törətmələri ilə fəxr edən və “azərbaycanlılar Xocalıya qədər elə bilirdilər ki, biz dinc xalqa qarşı bunu etmərik” deyə biləcək qaniçən-faşist təfəkkürü daşıyan bir toplumdur ermənilər.

Yalnız Ordumuzun, Dövlətimizin gücünə, Ali Baş Komandanın cəsarətinə, fövqəladə qabiliyyətinə, siyasətinə görə Paşinyan “real Ermənistan”a dönüb!

Çünki ermənilər yalnız bircə dildən qanır!

Amma ilk fürsətdəcə xəyanətə, qətliama, işğala və soyqırıma hazırdırlar!

Allah fürsət verməsin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see192

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see160

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see127

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri