Erməni qızı: Biz əslində türkük, dilimiz də... Video
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Stavropol diyarında yaşayan erməni qadın əslində türk olduğunu etiraf edib.
Axar.az xəbər verir ki, qadının bu etirafı sosial şəbəkələrdə yayılıb.
“Mən erməniyəm, Stavropolun balaca bir kəndindənəm və bu kənddə yaşayan ermənilər hansısa türk dilində danışırlar. Məni erməni kilsəsində xaç suyuna çəkiblər, amma mən uşaqlıqdan böyüklərdən türk dilində nağıllar eşidirəm. Mənim əcdadlarım bir neçə əsr əvvəl bu kənddə məskunlaşıblar. Onlar erməni identikliyini qoruyub saxlasalar da, dillərini unudublar. Mən tərəf seçməyə məcbur deyiləm. Mənim identikliyim kompleksli ola bilər. Belə bir nəzəriyyə var ki, guya biz türkdilli xalqların arasında yaşamışıq, onlar da bizə bu dili məcburi yeridiblər və beləcə biz də erməni dilini unutmuşuq. Amma Rusiyada bu qədər vaxta qədər erməni dilinə qayıda bilərdik axı. Mən özüm linqvistəm, ingilis və Çin dilini öyrənmişəm, amma erməni dilini öyrənə bilmirəm. O zaman mən necə erməni oluram?”, - qadın bildirib.
Qeyd edək ki, islamı qəbul etməyən alban tayfalarından bəziləri sonradan kilsələrin haylara verilməsi ilə erməniləşməyə məruz qalıblar.
Baxış sayı:52
Bu xəbər 28 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















