Erməni rejissor Rusiyadan qovulacaq: Görün kimə nifrət edir
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Rusiya veteranları" Ümumrusiya ictimai hərəkatı rejissor Sarik Andreasyanın Rusiya vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Abzats" məlumat yayıb.
"Biz Baş Prokurorluqdan vətəndaşlığın alınmasının qanuniliyi ilə bağlı araşdırma aparmasını, qanun pozuntuları aşkar edilərsə, onun ləğv edilməsini və deportasiya məsələsinə baxılmasını xahiş edirik", - deyə fəalların müraciətində qeyd olunub.
Bundan əlavə, fəallar Andreasyanın bəyanatlarının Rusiya qanunvericiliyini pozub-pozmadığının yoxlanılmasını və onun ölkədəki mədəni fəaliyyətinin qadağan edilməsini istəyiblər.
Hərəkatın tələbləri Andreasyanın Moskva kino kollecində tələbələrlə mübahisə zamanı Andrey Tarkovskinin yaradıcılığına nifrət etməsi barədə bəyanatı ilə bağlıdır. Fəallar qeyd ediblər ki, rejissor "dağıdıcı mövqeyinə" baxmayaraq, Rusiya büdcəsindən 590 milyon rubl (11 milyon 508 min 734 manat) alıb.
Bundan əvvəl Dövlət Dumasının deputatı Dmitri Qusev mədəniyyət naziri Olqa Lyubimovaya Sarik Andreasyanın filmlərinin maliyyələşdirilməsini dayandırmaq təklifi ilə müraciət edib .
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 13 Mart 2025 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















