Erməni spiker: Rusiya bizi tək qoyaraq bölgəni tərk edib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropa İttifaqına üzvlük prosesi xalqın iradəsidir, biz bu iradəni Ermənistan parlamentində müzakirə edib, qərar qəbul edəcəyik və bundan sonra nə edəcəyimiz bəlli olacaq”.
Reyting.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan parlamentin sədri Alen Simonyan deyib.
Alen Simonyan Rusiya tərəfinin Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olması barədə bəyanatlarına da toxunub:
“Düşünmürəm ki, Rusiya tərəfi bununla bağlı o qədər də böyük narahatlığa malik olmamalıdır. Hər hansı formada əməkdaşlığın birləşdirilməsi problem ola bilər. Əgər bu, onlar üçün problemdirsə, məncə, Ermənistan və Rusiya tərəflərinin bir-biri ilə müzakirə edə bilməyəcəyi problem yoxdur. Biz müzakirə edə, həll yolları tapa bilərik, lakin Ermənistan suveren dövlətdir və hansı qanunu qəbul edəcəyini, nəyin onun maraqlarına uyğun, nəyin maraqlarına uyğun olmadığına özü qərar verir”.
A. Simonyan Ermənistan parlamentində səsvermənin Aİ-yə üzvlük yolunda ilk addım sayıla biləcəyi ilə bağlı suala cavabında deyib: “Əvvəla, kim dedi ki, biz “hə” deyə səs verəcəyik? Rusiyanın Ermənistan baxımından bölgəmizdə itirdiyi isə bizi tək qoyaraq bölgəni tərk etməsidir. Ermənistanı öz təhlükəsizliyini, varlığını təmin etməyə çalışmaqda ittiham etmək səhvdir”.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:“Rusiya televiziyalarının yayımı dayandırılmalıdır” Erməni spiker
01 İyul 2025 17:46
Erməni spiker: Rusiya telekanallarının Ermənistanda yayımı dayandırılsın
01 İyul 2025 19:03
Erməni spiker Simonyanı HƏDƏLƏDİ
24 İyul 2025 16:01
Erməni analitik bölgəni hazır olmağa çağırdı
28 Noyabr 2024 09:43
Gürcü vitse spiker erməni deputatları tənqid edib
03 Noyabr 2025 14:58
Baxış sayı:144
Bu xəbər 21 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















