Erməni tarixçidən Əbu Dabi görüşü ilə bağlı İLGİNC AÇIQLAMA
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əbu-Dabi görüşündə iki ölkə arasında kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və digər həll olunmamış məsələlərin müzakirə olunacağı gözlənilir".
Bakupost.az xəbər verir ki, bu barədə tarixçi Jirayr Liparityan BBC-nin rus xidmətinə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, gündəlikdə bütün məsələlər olacaq və bu, bir məsələyə köklənməkdən daha vacib olan azad müzakirələr aparılacaq” - Liparityan deyib.
Onun fikrincə, Əbu-Dabidəki görüş ilk növbədə onu göstərir ki, qeyri-müəyyənlik və bir neçə paralel qlobal münaqişə şəraitində Ermənistan və Azərbaycan liderləri birbaşa əlaqə saxlayır və vasitəçilərsiz ünsiyyət qururlar.
“Müasir beynəlxalq münasibətlərin əsas xüsusiyyəti, yəqin ki, gözlənilməzlikdir. Bəziləri gözlənilməzliyin və xaosun yaradıcı ola biləcəyinə inansalar da, regionumuzda uzun müddət xaos hökm sürüb və bu, bizə yaxşı heç nə gətirməyib”, - tarixçi vurğulayıb.
Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən danışan Liparityan qeyd edib ki, bu məsələ hansısa müvəqqəti razılaşma ilə həll oluna bilər:
"Konstitusiyanın dəyişdirilməsi yeganə variant deyil və mən əminəm ki, Bakı da bu prosesin nə qədər mürəkkəb olduğunu başa düşür”.
Lalə,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















