Erməni terrorunun məşhur ideoloqlarından biri olan Zori Balayan öldü
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.
Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb.
Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun da sifarişçisi olub.
Bu mövzuda digər xəbərlər:Erməni separatizminin ideoloqu Zori Balayan öldü
05 Aprel 2026 15:22
Zori Balayan öldü
05 Aprel 2026 11:39
Zori Balayan XORTLADI
27 Fevral 2025 14:45
Zori Balayan və digərləri qanun qarşısında cavab verməlidirlər
27 Fevral 2026 11:49
Nifrət ideologiyasının daşıyıcısı: Zori Balayan və qanlı mirasın ifşası
07 Aprel 2026 19:48
Baxış sayı:104
Bu xəbər 05 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















