Ermənilər abxazlarla da “qanlı bıçaq” oldular: Rusiya işə qarışdı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya İstintaq Komitəsi Abxaziyada keçirilən prezident seçkiləri zamanı erməni əhalisinin hüquqlarının pozulması ilə bağlı yeni faktlar qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O xatırladıb ki, Rusiyadan kənarda cinayət törətmiş əcnəbi vətəndaşların hərəkətləri Rusiya vətəndaşlarına qarşı yönəldiyi təqdirdə Rusiya qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər.
Media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, fevralın 19-da Qaqra rayonunun Tsandripş kəndinə 20 maşınla gələn onlarla nəfərdən ibarət qrup kənd yaşayış məntəqələrinin rəhbərlərinə təzyiq edərək, erməni əhalisini seçkilərdə iştirakdan imtina etməyə məcbur etməyə çalışıb.
İstintaq çərçivəsində zəruri ekspertizalar, o cümlədən linqvistik ekspertizalar təyin edilib. İstintaq hüquqi yardım üçün sorğu da göndərib.
Fevralın 17-də sosial şəbəkələrdə müxalifətin namizədi Adqur Ardzinbanın tərəfdarı Ənver Bqanbanın erməni icmasına qarşı sərt addımlar atmağa çağırdığı səs yazısı yayıldıqdan sonra vəziyyət gərginləşib.
Daha sonra internetdə Ardzinba tərəfdarlarının erməni əhalisinə qarşı təhdidlərini təsdiqləyən yeni yazılar peyda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 20 Fevral 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















