“Ermənilər Alban kilsələrini dağıdıb və saxtalaşdırıblar” Robert Mobili
Icma.az, Bizim media saytına istinadən bildirir.
COP29 dünyanın ən böyük tədbirlərindən biridir.
Bizim.Media xəbər verir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib.
O bildirib ki, bu tədbirin əsas məqsədi yaşıl dünyamızı qorumaqdır.
“Dünya bizim ümumi evimizdir. Bura gələn qonaqlar Qarabağda və digər bölgələrimizdə olacaqlar. Bu da ölkəmizə gələn qonaqların öz gözləriylə Azərbaycan həqiqətlərini görməsinə, şahidlik etməsinə səbəb olacaq. Azərbaycanın necə güclü və sabit ölkə olduğunu görəcəklər.
Qarabağda mədəni və dini irsimiz ermənilər tərəfindən demək olar ki, silinib. Onlar Alban kilsələrini dağıdıb və saxtalaşdırıblar. Bütün bunları dövlətimiz bərpa edəcək. Bu bizim tariximizdir”,-deyə o qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 Noyabr 2024 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















