Icma.az
close
up
RU
Ermənilər Azərbaycan benzini üstündə dava edir: təxribat planı…

Ermənilər Azərbaycan benzini üstündə dava edir: təxribat planı…

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistana ixrac olunan Azərbaycan benzini dünən günün sonundan etibarən yanacaqdoldurma məntəqələrində satışa çıxarılıb.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışına başladıqlarını bildirib.

Şirkətin direktoru deyib ki, Azərbaycan yanacağının satış qiyməti əvvəl 440 dram nəzərdə tutulsa da, 430 dramdan satılıb.

“Əvvəlcə ilkin qiyməti elan etdik, lakin hesablamalardan sonra benzinin qiymətini 430 dram təyin etdik”, – o bildirib. Qeyd edib ki, Azərbaycan benzininin satışı ilə bağlı heç bir narahatlıq yoxdur.

“Mega Trade” şirkəti 11 vaqon, təxminən 600 ton Azərbaycan benzini alıb. Bu şirkətlə yanaşı, adı açıqlanmayan başqa şirkət də yanacaq alıb.

Azərbaycan benzininin satışa başlandığı gün Ermənistada revanşist qüvvələr təxribat xarakterli informasiyalar tirajlamağa başlayıb. Əsas diqqətçəkən məqamlardan biri “Azadlıq radiosu”nun erməni xidmətinin mənfi informasiya axını yaratmasıdır.

Radio yanacaqdoldurma məntəqələrinə gələn sürücüləri danışdırıb və “Azərbaycan benzini almayacam”, “Hələ də düşmənçilik davam edir” kimi neqativ mövqeləri tirajlayıb. Radio həmçinin, “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyanın Azərbaycan benzininin boykot edilməsi çağırışlarına yer verib.

Revanşistlər sosial şəbəkələrdə də saxta məlumatlar paylaşıblar. İddia edilib ki, Vanadzordakı (Qarakilsə) “Run Oil” yanacaqdoldurma məntəqəsində 44 günlük müharibə zamanı itkin düşmüş hərbçinin qardaşı ilə işçilər arasında benzinin satışına görə dava düşüb. Nəticədə yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. “Mega Trade” şirkəti bu məlumatı təkzib edib, Ermənistan polisi də belə bir faktın qeydə alınmadığını deyib.

“Hraparak” nəşri isə yazır ki, benzinin Ermənistanda satışa çıxarılması Paşinyan hakimiyyətinin ictimai şüuru dəyişmək məqsədindən qaynaqlanır.

“Ermənistanda bir çox insan daha münasib qiymətə olan Azərbaycan benzini alacaq. Hökumət də deyəcək ki, baxın, cəmiyyətdə heç bir problem, yaxud düşmənçilik yoxdur, Azərbaycanla sülhü ictimaiyyət istəyir”, – nəşr iddia edir.

Ermənistanda Azərbaycan benzininə görə qızğın müzakirələr gedir. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı həm iqtisadi, həm də siyasi müstəvidə dividentlər gətirsə də, sülhə qarşı olan revanşistlərin cəmiyyəti anti-mövqedə səfərbər etmək məqsədilə əllərindən gələni etdiyi müşahidə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri