Icma.az
close
up
RU
Ermənilər Bakıdan qərar gözləyir Zahid Oruc

Ermənilər Bakıdan qərar gözləyir Zahid Oruc

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Yaxşı xatırlayırıq, 1-ci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik", - deputat bildirib.

O qeyd edib ki, tariximizdə ilk dəfə, Birinci Şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi:

"Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz  və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə  düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir: "sizə güvənirəm və biz qalib gələcəyik!"

Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür-prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının səlnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur” – deyə o bildirib. 

Zahid Oruc vurğulayıb ki, 20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu Öndərdir.

"Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə ən böyük nəticə qazanan tək dövlətdir.

Tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur. Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. Azərbaycan Qurtuluş savaşında tam və qəti  qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı. 

Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər”.
Deputat həmçinin bildirib ki, tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. 

İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir.

Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri