Ermənilər birgə təlimdən narahat olublar
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, İranın SEPAH hərbi qüvvələri ilə Azərbaycan Ordusu Qarabağda birgə hərbi təlimlər keçir.
Tribunainfo.az xəbər verir ki, üç gün davam edən bu təlimlər Ermənistanda narahatlıqla qarşılanıb.
“Hraparak” qəzeti bununla bağlı “Bakı və Tehranın “bal ayı” adlı məqalə də yayınlayıb. Qəzet yazır ki, Bakı və Tehranın Qarabağda birgə təlimlər keçirməsi təkcə hərbi deyil, həm də siyasi əhəmiyyəti var. “Bu hadisə erməni tərəfinin hüquqlarına və beynəlxalq humanitar normalara nümayişkaranə etinasızlıq aktıdır”.
Erməni nəşri İranın hərəkətini “qeyri-dost addım” adlandırıb. “İranın bu cür qeyri-dost addımına Ermənistanın nə xarici siyasət idarəsi, nə də digər dövlət strukturları lazımi reaksiya verməyib”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 21 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















