Icma.az
close
up
RU
Ermənilər bu əraziləri boşaldır: Hazırlıq...

Ermənilər bu əraziləri boşaldır: Hazırlıq...

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Paşinyan Tavuş vilayətinin Sofulu kəndini Azərbaycana vermək üçün Əliyevlə razılığa gəlməyə çalışır və bu, Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra baş verəcək”.

Bunu ehtiyatda olan erməni polkovnik Mihran Maxsudyan deyib. Onun sözlərinə görə, artıq ərazidə minatəmizləmə işləri həyata keçirilir. “Əgər Sofulu təhvil verilsə, o zaman Kayan Avan, Azatamut, Ayqehovit birbaşa Azərbaycanın hədəfində olacaq. Azərbaycanlılar orada məskunlaşsa, məlum olacaq ki, biz onların arasında yaşayırıq”.

Qazax rayonunun işğal altındakı anklav kəndləri Sofulu, Barxudarlı və Yuxarı Əskiparadır. Anklav kəndlərin məsələsi hazırda dondurulub.

Bəs problem necə və nə vaxt həllini tapacaq?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. Bu kəndlərdən üçü Qazax rayonunun inzibati ərazisinə daxil olan İcevan istiqamətində yerləşən kəndlərdir və bu kəndlər anklav kəndlərdir. Bu kəndlərin məsələsinin həll olunması istiqamətində danışıqlar gedirdi: 

“Azərbaycan Prezidenti bəyan edib ki, anklav kəndlər də azad ediləcək. Sofulu kəndinin ətrafında 4 erməni kəndi var. Düzdür, əsas magistral yoldan bir az aralı da olsa erməni kəndlərinə çox yaxınlıqdadır. Erməni polkovnikin verdiyi açıqlama rəsmi açıqlama deyil. Biz o açıqlamada deyilənin doğru olub-olmadığı barədə bu gün dəqiq bir fikir söyləyə bilmirik. Görünən odur ki, bu kəndlərlə bağlı ciddi bir proses getmir. Əgər həqiqətən də erməni polkovnikin dediyi kimi, kəndlərin təhvil verilməsi üçün mina təmizləmə işləri aparılırsa, deməli, ermənilər başa düşür ki, axır-əvvəl bu kəndlər xoşluqla Azərbaycana qaytarılmalıdır, qaytarılacaq. Qazax istiqamətində delimitasiya, demarkasiya işləri həyata keçirilib başa çatdırılmalıdır. Necə ki, indiyə qədər Qazaxın 4 kəndi Azərbaycana təhvil verilib və o istiqamətdə delimitasiya, demarkasiya işləri başa çatıb, eləcə də digər üç kəndlə də bağlı bu proses mütləq həyata keçirilməlidir. Təəssüf ki, bu üç kənd və Naxçıvanın erməni işğalındakı Kərki kəndinin məsələsi sanki hələ də dondurulmuş vəziyyətdədir. Bu kəndlərlə bağlı hökumət komissiyası yaradılıb. Azərbaycan tərəfdən komissiyasının sədri baş nazirin müavini Şahin Mustafayevdir. Şahin Mustafayev danışıqlar aparıb. Bu kəndlərin qaytarılması istqamətində Azərbaycan ciddi tələblər qoyub. Sadəcə, erməni tərəf məsələnin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Ermənistan necə ki, sülh müqaviləsinin imazalanmasını uzadır, eləcə də həmin anklav kəndlərimizi azad etməyi qəsdən yubadır. Ermənilər nə qədər məsələni yubadırlar yubatsınlar, o kəndləri geri qayrtarmalı olacaqlar”.     


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri