Icma.az
close
up
RU
Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək Ağ Evdə Rusiyanı sarsıdan detal

Ermənilər bunu etsə, ABŞ Bakıya görə hərəkətə keçəcək Ağ Evdə Rusiyanı sarsıdan detal

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə imzalanıb. Sənəd bir çox baxımdan diqqət çəkir.

İlk olaraq onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya, regiona sabitlik, təhlükəsizlik və rifah gətirmə istəyi artıq real nəticələr verir. Bunu bəyannamənin mətnində də təsdiqləmək mümkündür. Belə ki, bəyannamə regionda uzun illər davam edən münaqişənin sülh yolu ilə həllinə dair yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki bu sənəd yalnız iki ölkə arasında münasibətlərin normallaşması üçün əsas yaratmır, həm də regional təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Birgə bəyannamədə ilk diqqət çəkən məqam Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin paraflanmasıdır. Bu, uzun illər davam edən və çox sayda insan itkisi, dağıntı və qarşılıqlı etimadsızlıqla müşayiət olunan münaqişənin rəsmi şəkildə sülhə doğru irəliləməsinin mühüm göstəricisidir.

Paraflanan mətnin imzalanması və ratifikasiyası istiqamətində müvafiq addımlar davam edəcək. Bununla hər iki tərəf sülhə sadiqliyini nümayiş etdirir. Belə ki, imzalanacaq sənəd regionun gələcək təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır və qarşılıqlı etimadın bərpasında əsas rol oynayacaq. Bu isə yekun sülh sazişinin imzalanmasını sürətləndirəcək.

ATƏT-in Minsk qrupu və ona bağlı strukturların ləğvinə dair bəyannamədəki çağırış da kifayət qədər diqqət çəkir. Bu, xüsusilə Azərbaycanın sülh sazişindən kənar irəli sürdüyü və icrasını tələb etdiyi mühüm bir detaldır. Belə ki, ATƏT-in Minsk qrupu onsuz da uzun müddətdir fəaliyyət göstərmir. Onun əsas missiyası münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçilik etmək idi. Tərəflər öz aralarında sülh müqaviləsinin əsas şərtlərini razılaşdırdıqlarını və münaqişəni bağlamağa qərar verdiklərini açıq şəkildə bəyan edirlərsə, Minsk qrupunun legitim əsasları və əhəmiyyəti avtomatik olaraq itmiş olur. Ona görə də iştirakçı dövlətlərin bu qərarı qəbul etməsi mühümdür. Bu, həm də beynəlxalq ictimaiyyətin regionda davamlı sülhün təmininə yeni bir yanaşmaya keçməsi demək olacaq. ABŞ isə vasitəçi kimi prosesin bundan sonrakı mərhələlərində daha aktiv iştirak edəcək.

Həmçinin oxuyun:

Azərbaycan-ABŞ münasibətləri prezidentlərin təmaslarında – TƏHLİL

Razılaşdırılan məqamlardan biri də kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin təmin olunmasıdır. Bu təşəbbüs yalnız ölkələr arasında sərhədlərin açılması deyil, həm də iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin artması və nəqliyyat infrastrukturlarının modernləşdirilməsi üçün zəmin yaradır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin maneəsiz bağlantısı, Ermənistanın beynəlxalq və ölkədaxili əlaqələrinin bərpası regionun iqtisadi həyatına yeni nəfəs verəcək. Bu, həmçinin iqtisadi asılılıqların azaldılması və bölgəmizin beynəlxalq ticarət marşrutlarında rolunun artması deməkdir.

Ən diqqət çəkən məqamlardan biri, şübhəsiz, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu layihə Ermənistanın Rusiya təsirindən uzaqlaşması və Qərbə inteqrasiyasının sürətlənməsi baxımından vacibdir. ABŞ ilə əməkdaşlıq, xüsusilə bu məsələni sürətləndirə bilər. Azərbaycan aspektindən baxdıqda isə marşrut vasitəsilə maneəsiz hərəkət təmin edildiyi təqdirdə məqbul sayıla bilər. Amma risk faktorları da qaçınılmazdır.

Bəyannamədə xüsusi vurğulanan başqa bir mühüm məqam BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq keçmiş münaqişənin bitməsi və gələcəyə yönəlmiş münasibətlərin qurulmasıdır. Bu, düşmənçilik səhifəsinin bağlanması və qarşılıqlı qisas cəhdlərinin rədd edilməsi kimi prinsipləri təsdiq edir. Belə açıq bəyanatlar qarşılıqlı etimadsızlıq mühitinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün təmin olunması üçün vacibdir.

Prinsipcə, Bakı Almatı Bəyannaməsinə hər zaman sadiq qalıb. Bunu vaxtı ilə pozan məhz Ermənistan olmuşdu. Lakin gələcəkdə bu hadisə təkrarlanarsa, artıq Vaşinqton prosesə müdaxilə edəcək.

Ümumilikdə, bu bəyannamə region üçün həm tarixi dönüş, həm də çətin və mürəkkəb proseslərin başlanğıcıdır. Tərəflərin üzərinə hələ çox iş düşür. Ən önəmlisi isə iki ölkə xalqları arasında dərin ədavətin aradan qaldırılmasıdır. Nifrət və şübhə davam edərsə, sülhün təmin olunması mümkün deyil. Buna görə də sülhə nail olmaq üçün davamlı dialoq və dəstək vacibdir.

Prosesin uğurlu olması isə hər şeydən öncə Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyindən, həmçinin ABŞ Prezidenti Donald Trampın sələflərindən fərqli olaraq konstruktiv yanaşmasından asılıdır. Proses sonrakı müddətdə də bu templə davam edərsə, Ermənistan-Azərbaycan münaqişəsi sona çata və sülh əldə edilə bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Avqust 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri