Icma.az
close
up
RU
Ermənilər İrəvanı da könüllü tərk edirlər

Ermənilər İrəvanı da könüllü tərk edirlər

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində dünyada yeni təhlükəsizlik arxitekturası haqda danışarkən, Tramp administrasiyası ilə güclü tərəfdaşlığa inandığını növbəti dəfə vurğuladı. Ölkə başçısı Ukraynada gedən müharibəni şərh edərkən, siyasətə və xüsusilə qlobal maraqların toqquşduğu coğrafiyalarda dövlət rəhbərliyinə gələn şəxslərə dərs, yol xəritəsi göstərdi. Sitat:” Əgər siz həmişə kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, onda bir gün həmin şəxs gəlib sizdən hesabat istəyəcək". Bəli, aksiomadır. İndi Ağ Evin yeni sahibi gəlib və ABŞ-nin ayırdığı pulların hesabını istəyir, 16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı bildirib.  

Deputat bildirib ki, 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib: “Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib. Heç bir millətə vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqillik oldu? Bunun harası ləyaqət inqilabı oldu? Bunun harası avrointeqrasiya oldu? 

İllərdir, dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırkı Ukrayna ilə müqayisə etsin, görsün, Ulu öndər Heydər Əliyev məğlub Cəbhə hakimiyyətini necə kapitulyasiyadan xilas edib, Qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar! Ulu öndərdən öyrənin-çünki O, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib”.

O əlavə edib ki, uzun on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar: “Görün, Qorbaçovun Pravdası ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası "Osmanqızı", "Azad söz" və digər muzdlu şəbəkə də məhv olacaqlar.

İndi qalib Azərbaycanın taleyi özündən asılıdr. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. Ermənistana sərhəddi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndidən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər.  

İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soqırımı tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ Qələbəmizdir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Aprel 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri