Ermənilər mənə bıçaqla hücum etdilər... Nəsimi Musayev
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Ermənistan ərazisində saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə dindirməyə dair bəzi məlumatlar əldə etdiyini bildirən Ermənistanın “Joxovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Musayev erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər yetirmək istəmədiyini deyib. O, ev sahibəsi olan qadından bir neçə dəfə onu buraxmasını xahiş etdiyini, lakin qadının silahından yapışdığını və bundan sonra atəş açmalı olduğunu bildirib.
Qəzet yazır ki, Musayev yazılı ifadəsində daha sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbələr endirdiyini və onu döydüyünü iddia edib.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumata əsasən, sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və yerinin müəyyənləşdirilə bilməməsi ilə əlaqədar axtarışına başlanılıb. Müdafiə və Fövqəladə Hallar nazirlikləri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.
Hərbi Prokurorluğun apardığı yoxlama nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr yaranıb. Toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Görülmüş tədbirlərlə onun Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.
Baş Prokurorluq bildirib ki, Musayevin Ermənistan ərazisində olması və saxlanılması, eləcə də hadisənin digər hallarının aydınlaşdırılması üçün qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 13 Oktyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















