Ermənilər onun Paris meriliyinə namizədliyinə qarşı çıxdı Əliyevlərlə yaxındır...
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Respublika Partiyası tərəfindən Rəşidə Datinin Paris meri vəzifəsinə namizədliyinin irəli sürülməsi erməniləri çox narahat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası bəyanat yayıb.
Şura bildirib ki, Rəşidə Dati Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə əlaqələrini qoruyub saxlayaraq Azərbaycana məlum yaxınlığını nümayiş etdirir.
Erməni diasporu Azərbaycana qarşı ənənəvi ittihamlarını səsləndirib, əlavə olaraq İkinci Qarabağ savaşından sonra “etnik təmizləmə” şərini və bunlarda “Rəşidə Datinin də əli var” absurdunu səsləndirib.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Rəşidə Dati 2007–2009-cu illərdə prezident Nikola Sarkozinin dövründə ədliyyə naziri vəzifəsində çalışmış fransız siyasətçidir. Fransa hökumətindəki ilk ərəb qadındır.
O, Respublikaçıların üzvü, eyni zamanda 2009–2019-cu illərdə İle-de-Fransı təmsil edən Avropa Parlamentinin (MEP) üzvü kimi fəaliyyət göstərmişdir.
2008-ci ildə o, Parisin 7-ci dairəsinin meri seçilib və eyni zamanda Paris Şurasının üzvü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 31 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















