Icma.az
close
up
RU
Ermənilər Paşinyanı asa bilər

Ermənilər Paşinyanı asa bilər

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Avropa İttifaqı ilə yaxınlaşdığı bir dövrdə yeni və həssas problemlə üz-üzə qala bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, musavat.com xəbər verir ki, bu barədə Macarıstanın TEC nəşri Nikol Paşinyana yaxın mənbələrə istinadən yazıb. Nəşrin yazdığına  görə, ölkə yaxın illərdə böyük miqrant axınını qəbul etməyə məcbur ola bilər. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Əhalisi üç milyondan az olan Ermənistanın etnik tərkibi 97–98 faiz monoetnikdir və siyasi sistem böyük ölçüdə milli kimliyin qorunması üzərində qurulub. Lakin indi ilk dəfə olaraq baş nazir Nikol Paşinyan-ın ətrafına daxil olan şəxslər bu modeldən imtina ehtimalını açıq şəkildə dilə gətirirlər.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arsen Torosyan parlamentdə çıxışı zamanı bildirib:
“Biz immiqrasiyanı təşkil etməliyik, hətta bu, milli ideyalarla üst-üstə düşməsə belə. On minlərlə insan ölkəyə köçməlidir. Biz həmçinin monoetnik düşüncə tərzini dəyişməliyik. Çünki bu regionda sağ qalmağın başqa yolu yoxdur”. Bu çıxış son günlər sosial şəbəkələrdə geniş yayılıb və ciddi daxili müzakirələrə səbəb olub.Bu bəyanat Ermənistan–Avropa İttifaqı sammitindən qısa müddət sonra səsləndirilib. 4–5 may tarixlərində İrəvanda keçirilən görüşdə tərəflər iqtisadi, siyasi və institusional əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Aİ Ermənistan üçün yeni investisiyalar və maliyyə dəstəyi vəd edib.

Bəzi müşahidəçilər hesab edir ki, bu yaxınlaşma Ermənistanı Avropa modelinə uyğun miqrasiya siyasətinə doğru yönəldə bilər. Rəsmi şəkildə belə bir tələb irəli sürülməsə də, bu mövzu ətrafında müzakirələr getdikcə güclənir. Məsələ həm də demoqrafik problemlərlə bağlıdır. Ermənistan uzun illərdir əhali azalması ilə üzləşir. Doğum səviyyəsi 1,7–1,9 civarındadır ki, bu da əhalinin təbii artımı üçün kifayət etmir. BMT proqnozlarına görə, bu tendensiya davam edərsə, ölkə əhalisi gələcəkdə daha da azalacaq.

Bu şəraitdə hər il 20–50 min miqrantın qəbul edilməsi əhalinin sayını sabitləşdirmək və əmək bazarını canlandırmaq üçün mümkün variant kimi qiymətləndirilir. Lakin bu addım ciddi siyasi və mədəni çətinliklər yaradır. Ermənistan monoetnik quruluşa malik nadir ölkələrdən biridir və burada milli kimlik, din və tarix bir-biri ilə sıx bağlıdır. Bu səbəbdən miqrasiya məsələsi cəmiyyətdə həssas mövzu kimi qəbul olunur.

Bundan əlavə, Ermənistan son illərdə mühüm geosiyasi dəyişikliklər yaşayır. Baş nazir Nikol Paşinyan Qərbə inteqrasiya kursunu gücləndirir. Bu siyasət ABŞ tərəfindən də dəstəklənir və Donald Trump Ermənistan rəhbərliyinə müsbət münasibət bildirib. Eyni zamanda, Rusiya Ermənistanın bu istiqamətdə addımlarını narahatlıqla izləyir və enerji və iqtisadi əməkdaşlığı yenidən nəzərdən keçirə biləcəyini bildirir.

Beləliklə, Ermənistan qarşısında çətin seçim dayanır. Bir tərəfdə demoqrafik problemlərin həlli üçün miqrasiyaya açıq olmaq, digər tərəfdə isə milli kimliyi və mövcud sosial modeli qorumaq zərurəti var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 May 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri