Ermənilər Qarabağda yaşamaq hüquqlarını itirmiş sayılırlar Mübariz Göyüşlü
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtmasının qeyri-real və sülh üçün təhlükəli olduğunu deyib.
Redaktor.az-a bu haqda danışan "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, Nikol Paşinyanın fikri ilə razıdır.
"Ermənilər Azərbaycanın qədim ərazisi olan Qarabağı könüllü şəkildə tərk etdilər və hətta Azərbaycan çağırış etmişdi ki, qalmaq istəyənlər, yaşamaq istəyənlər qalsınlar. Gedənlərə qayıtmaq üçün də çağırış edildi, bunun üçün sayt da yaradıldı. Onlar könüllü şəkildə tərk etdilər. Ona görə ki, Qarabağ onların deyildi, onlar ora gəlmə idilər. Onlar illərlə oranı dağıtmaqla məşğul olublar. Heç bir quruculuq işi aparmadılar, normal məskunlaşmadılar və çıxdılar getdilər. Bu gözlənilən bir məsələ idi".
Müsahibimizin sözlərinə görə, Qarabağa kənardan gəlmiş, yerli əhalisi olmayan şəxslərin artıq Azərbaycanda, Qarabağda yaşaması üçün o hüququ itirmiş oldular.
"Bizim çağırış etməyimizə baxmayaraq geri dönmədilərsə, tamamilə Qarabağda yaşamaq hüquqlarını itirmiş sayılırlar. Ermənistanda da başa düşdülər ki, bu məsələlər real deyil, ciddi məsələlər deyil və bunun üçün başını buraxdılar. İndi Paşinyan artıq bunu gündəmə gətirir. Həqiqətən də qeyri-realdır bu məsələlər. Bu mövzunu kim qaldırırsa, o, Azərbaycanın düşmənidir. Elə bu mövzunu kim qaldırırsa, elə Ermənistanın da düşmənidir. Bu şəxs Azərbaycanla Ermənistan arasında sülh olmasının əleyhinədir".
Aytəkin TOFİQQIZI
Baxış sayı:107
Bu xəbər 20 Avqust 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















