Icma.az
close
up
RU
Ermənilər seçin qarşısında: Paşinyan rəqibləri üzərində ideoloji üstünlük qazanıb

Ermənilər seçin qarşısında: Paşinyan rəqibləri üzərində ideoloji üstünlük qazanıb

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ermənistanda qarşıdan gələn parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Hazırkı mərhələdə siyasi səhnədə əsas diqqət Baş nazir Nikol Paşinyanın mövqeyinə yönəlib. O, müharibədən sonrakı çətin dövrdə siyasi sabitliyi müəyyən qədər qorumağa nail olmuş və “sülh gündəliyi”nə əsaslanan siyasəti ilə seçicilərin mühüm hissəsinin dəstəyini qazanıb.

Bu dəfəki seçkilər Paşinyan üçün həm daxili, həm də regional baxımdan ciddi sınaq olacaq. Çünki siyasi rəqabətin artması fonunda onun qarşısına keçmiş hökumət təmsilçiləri və radikal mövqeləri ilə tanınan yeni fiqurların çıxması gözlənilir. Buna baxmayaraq, Paşinyanın beynəlxalq əməkdaşlığa və dayanıqlı inkişaf modelinə əsaslanan yanaşması, xüsusilə müharibə nəticəsində dərin itkilər yaşamış erməni cəmiyyətində daha realist və praktik alternativ kimi qəbul olunur.


Politoloq Aytən Qurbanova Sherg.az-a deyib ki, mövcud siyasi konfiqurasiya kontekstində Nikol Paşinyanın qarşıdan gələn seçkilərdə qalib gəlmək ehtimalı kifayət qədər yüksək qiymətləndirilə bilər:


"Bu, ilk növbədə onun sülh gündəliyinə əsaslanan seçki platformasına artan ictimai dəstəklə bağlıdır. Müharibədən sonrakı dövrdə Ermənistanın daxili siyasi həyatında müşahidə olunan dərin böhranı nisbətən uğurlu şəkildə idarə etməyə müvəffəq olmuş “Vətəndaş Müqaviləsi” Partiyasının lideri kimi Paşinyan hazırda siyasi rəqabətdə mühüm üstünlüklərə malikdir. Digər tərəfdən isə siyasi rəqabətin gücləndiyi indiki mərhələdə onun hakimiyyətinə alternativ ola biləcək yeni namizədlərin meydana çıxması da istisna edilmir. Sabiq baş nazir Karen Karapetyan və digər potensial namizədlərin mümkün iştirakı ilə seçkilər daha gərgin mübarizə şəraitində keçə bilər. Lakin qeyd olunmalıdır ki, bu kimi siyasi fiqurların əsas dəstək bazasını daha çox radikal ideologiyalara və revanşist baxışlara üstünlük verən seçici kütləsi təşkil edir. Belə bir vəziyyətdə Ermənistan cəmiyyəti qarşısında mühüm bir seçim dayanır. Ya regional reallıqları qəbul edərək sülh və rifaha əsaslanan gələcəyə səs vermək, ya da yeni süni münaqişə ssenariləri ilə ölkəni dərin siyasi və sosial böhrana sürükləyə biləcək revanşist qüvvələrin təsiri altına düşmək. Bu isə öz növbəsində Ermənistan üçün ciddi nəticələr yarada biləcək seçimdir".


Analitik əlavə edib ki, hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, Paşinyan cəmiyyətə regional və beynəlxalq reallıqları təqdim etməyə başladığı andan etibarən rəqibləri üzərində ilk ideoloji üstünlüyünü təmin etməyə müvəffəq olub:

"Onun çıxış və təşəbbüslərində Ermənistanın gələcək inkişaf modelinin münaqişələrdən uzaq, sabitlik və iqtisadi rifah üzərində qurulması ideyası əsas xətt kimi ifadə olunur. Bu isə xüsusilə də müharibədən yorulmuş və dərin itkilərlə üzləşmiş erməni cəmiyyətinin daha geniş təbəqələri tərəfindən müsbət qarşılanaraq Paşinyanı növbəti seçkilərdə də qalib edə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri