Ermənilər sərhəddə yeni bunkerlər tikirlər Orduya yeni silahlar verildi
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın Tavuş vilayətində silahlı qüvvələrə yeni silahlar verilib, bölgədə yeni bunkerlər tikilir, çox böyük, nəhəng və bahalı işlər görülür.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan İctimai Şurasının üzvü Sosi Tatikyan “Haykakan Jamanak”a məlumat verib.
O bildirib ki, ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyanla Tavuşun Kirants qəsəbəsinə səfər edən İctimai Şuranın üzvləri arasında o da olub:
“Təkcə Kirantsda aparılan işlərlə deyil, həm də Ermənistan silahlı qüvvələri üçün alınmış və ölkə daxilində istehsal olunan bəzi silahların nümunələri ilə tanış olduq. Çox böyük, nəhəng və baha başa gələn iş aparılır”.
Sosi Tatikyan iddia edib ki, bütün bu işlər “sırf Ermənistan ərazisinin müdafiəsi üçün” aparılır.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 25-də Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants qəsəbəsinə səfər eləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















