Ermənilər ŞOKDA: Paşinyan bu addımla türklərin qədim tarixini etiraf etdi KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan səfəri çərçivəsində bu ölkənin Milli Muzeyinə eramızdan əvvəl I–II əsrlərə aid ayı formasında şərab qabı hədiyyə edib.
Bu hədiyyənin siyasi məzmunu və mümkün mesajları barədə KONKRET.az-a siyasi şərhçi Cavanşir Abbaslı danışıb.
Cavanşir Abbaslı
Ekspertin sözlərinə görə, Paşinyanın belə bir qədim artefaktı hədiyyə etməsi önəmli jest kimi qiymətləndirilməlidir:
“Eramızdan əvvəl 1–2 əsrlərə aid hədiyyənin təqdim olunması o deməkdir ki, Paşinyan qazaxların, bütövlükdə türk xalqlarının tarixinin qədimliyini etiraf edir. Bu, türklərin tarixinin eramızdan əvvəlki dövrlərə, hətta daha əvvələ gedib çıxmasını qəbul etmək anlamına gəlir”.
Abbaslı bildirib ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanın türk dünyasına münasibətdə əvvəlki dövrlərlə müqayisədə daha yumşaq və əməkdaşlığa açıq siyasət yürütməsi müşahidə olunur:
“2018-ci ildən bu yana Ermənistanın türk dünyasına doğru müəyyən addımlar atdığını görürük. Bu, təqdirəlayiq haldır. Burada başqa gizli mesajlar axtarmağa ehtiyac görmürəm, jesti müsbət qiymətləndirirəm”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, türk dilli ölkələrlə əlaqələrin inkişafı bölgədə sabitlik üçün vacibdir və bu səfərlərin mütəmadi xarakter alması məqsədəuyğundur.
Abbaslı sonda əlavə edib ki, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərindən sonra Paşinyanın mövqeyi möhkəmlənərsə, onun regional siyasətdə daha rahat addımlar ata biləcəyi gözlənilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















