Icma.az
close
up
RU
Ermənilər Vensi aldadıb ABŞ vitse prezidenti qondarma soyqırımı paylaşımını niyə sildi?

Ermənilər Vensi aldadıb ABŞ vitse prezidenti qondarma soyqırımı paylaşımını niyə sildi?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin İrəvanda qondarma soyqırıma həsr olunan kompleksi ziyarət etməsi və bu səfərlə bağlı sosial şəbəkədə etdiyi paylaşımı sonradan silməsi, Vaşinqtonda və regionda ciddi suallar doğurub.

Bakupost.az xəbər verir ki, hadisə ABŞ administrasiyasının rəsmi mövqeyi ilə ziddiyyət təşkil edən terminologiyanın paylaşımda yer alması fonunda baş verib.
Vens həyat yoldaşı Uşa ilə birlikdə Osmanlı imperiyası dövründə guya ermənilərin kütləvi şəkildə öldürülməsinə həsr olunmuş kompleksi ziyarət etdikdən sonra “X” hesabında 1915-ci il “erməni soyqırımı qurbanları”nın xatirəsini yad etdiyini bildirən paylaşım edib. Lakin bir müddət sonra bu paylaşım silinib.
Daha sonra Vensin hesabında vitse-prezidentin mətbuat katibi Teylor Van Kirkin paylaşımı repost edilib. Yeni paylaşımda Vensin “Ermənistana səfərinin son günündə əbədi məşələ gül qoyduğu və qonaq kitabına qeyd yazdığı” bildirilsə də, kompleksin nəyə həsr olunduğu qəsdən bildirilməyib.
ABŞ administrasiyasına yaxın mənbələrin bildirdiyinə görə, ilkin paylaşım Vensin səfərdə olmayan əməkdaşlarından biri tərəfindən yerləşdirilib və ABŞ-ın hazırkı rəsmi ritorikasına uyğun gəlmədiyi üçün geri çəkilib. Məhz bu məqam, erməni tərəfinin ziyarəti əvvəlcədən siyasi məna yüklənmiş formada təqdim etməyə çalışdığına dair ehtimalları gücləndirib.
Jurnalistlərin suallarını cavablandıran Vens özü də diqqətçəkən şəkildə “soyqırımı” terminindən yayınaraq bildirib ki, oranı ziyarət etməsi erməni hakimiyyətinin birbaşa xahişi ilə baş tutub.
“Bizə dedilər ki, bu məkana baş çəkmək onlar üçün çox vacibdir”, – deyə vitse-prezident qeyd edib.
Bu açıqlama, səfərin ABŞ tərəfinin planlaşdırılmış siyasi mövqeyindən daha çox, ev sahibi ölkənin təqdim etdiyi çərçivə daxilində həyata keçirildiyini göstərir. Nəticədə Vensin sosial şəbəkə paylaşımı ABŞ-ın rəsmi xəttindən kənara çıxıb və sonradan düzəliş edilməli olub.
Hadisə erməni diasporu və bir sıra təşkilatlar tərəfindən sərt tənqid olunub. Onlar paylaşımın silinməsini “geri addım” kimi qiymətləndirərək ABŞ administrasiyasını Türkiyənin təzyiqi altında davranmaqda ittiham ediblər. Digər tərəfdən, Vaşinqtonun rəsmi dairələri bu məsələni texniki və protokol səhvi kimi təqdim etməyə çalışır.
Qeyd edək ki, 2021-ci ildə Co Bayden 1915–1923-cü illər hadisələrini “soyqırımı” adlandırsa da, Donald Tramp administrasiyasının hakimiyyətə qayıdışından sonra ABŞ-ın rəsmi qurumları bu terminologiyadan açıq şəkildə istifadə etməkdən yayınır. Bu baxımdan, Vensin İrəvandakı paylaşımı ABŞ-ın mövcud siyasi xətti ilə uzlaşmayan nadir epizodlardan biri kimi dəyərləndirilir.
İrəvandan sonra Vens səfərini davam etdirərək Azərbaycana yollanıb.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Fevral 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri