Icma.az
close
up
RU
Ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər Deputat

Ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər Deputat

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ağ Evin yeni sahibi gəlib və ABŞ-nin ayırdığı pulların hesabını istəyir, 16 milyon əhali köçkünə çevriləndən, 30 faiz torpaq və 100 minlərlə insan itiriləndən sonra qəhrəman ukraynalılardan təbii sərvətləri ilə borclarını qaytarmaq tələb olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında  deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib. Qlobal müharibə partiyası bir xalqın qanı üzərindən 100 milyardları silib.

"İllərdir dövlətimizə şər atanlar, 1994-cü ilin “Əsrin müqaviləsi”ni, təhlükəsizlik zəmanəti olmadan atəşkəs razılaşmasını hazırki Ukrayna ilə müqayisə etsin, görsün, Ulu öndər Heydər Əliyev məğlub Cəbhə hakimiyyətini necə kapitulyasiyadan xilas edib, Qələbəmizin əsasını qoymuşdu. Müqaviləni belə bağlayarlar, cənablar! Ulu öndərdən öyrənin-çünki O, təkcə azərbaycanlılara deyil, bütün xalqlara qurtuluş yolunu göstərib. Uzun  on illər liderimizin dediklərini indi Ağ Evdə təsdiqləyənlər Peqasus, Panama kimi küfr sənədləri, landromat yayanları ifşa edirlər və dövlət başçımızın yalançı 4-lük adlandırğı “The New York Times” və digər şər maşınının haradan idarə olunduğunu üzə çıxarırlar. Görün, Qorbaçovun Pravdası ilə, Baydenin “ The Washington Post”u necə bir-birinə bənzəyir. İnanırıq ki, terror mediası Osmanqızı, Azad söz və digər muzdlu şəbəkə də məhv olacaqlar".

Z.Oruc qeyd edib ki, indi qalib Azərbaycanın taleyi özündən asılıdr. Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir. 

Deputat onu da vurğulayıb ki, ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb. Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb. 

"Ermənistana sərhədi başqa paytaxtlar yox, məhz liderimiz göstərir. İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər.  

İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ qələbəmizdir".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 01 Aprel 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri