Ermənilər yeni “çörək yeri” tapıblar: “gizli zəng”, yalançı “təhdid” və “bizə müraciət edin”
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Erməni diasporu özünə yeni “qazanc yeri” tapıb.
Tribunainfo.az xəbər verir ki, Almaniyadakı diaspora nümayəndələri bu dəfə də Azərbaycan üzərindən qazanc götürməyə çalışırlar.
Belə ki, Alman-Erməni Hüquqşünaslar Assosiasiyasının prezidenti Qurgen Petrosyan iddia edib ki, guya, Almaniyada yaşayan ermənilərə özünü Azərbaycanlı və türk adlandıran şəxslər tərəfindən zənglər edilir. Onun sözlərinə görə, həmin zənglərdə ermənilər “təhdid” olunurlar: “Almaniyada özlərini azərbaycanlı və türk kimi təqdim edərək zəng edib, erməniləri hədələyirlər. Onları 1915-ci ildə olduğu kimi qətl edəcəklərini bildirirlər”.
Təşkilat özündən uydurduğu bu məsələ ilə iki istiqamətdə qazanc əldə etməyə çalışır. Birincisi, Azərbaycanı ənənəvi olaraq qaralamağa çalışırlar. İllərdir Azərbaycana qarşı apardıqları kampaniyaya yeni “rəng” verməyə cəhd edirlər. İkincisi isə bunu özləri üçün qazanc mənbəyinə çevirmək niyyətindədirlər. Bu, onların yaydığı açıqlamadan da aydın görünür:b “Bununla əlaqədar bütün ermənilərə müraciət edirik ki, belə halla rastlaşdıqda Erməni-Alman Hüquqşünaslar Assosiasiyası ilə əlaqə saxlasınlar”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















