Icma.az
close
up
RU
Ermənilərdən yeni sayıqlama: ABŞ ın yeni vitse prezidenti Civan Vanesyanın nəticəsidir

Ermənilərdən yeni sayıqlama: ABŞ ın yeni vitse prezidenti Civan Vanesyanın nəticəsidir

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Vaşinqtonda - Kapitoli binasında ABŞ-ın yeni seçilmiş prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin andiçmə baş tutdu.


Adalet.az xəbər verir ki, JD Vance imzası ilə tanınan və hazırda ABŞ-ın 50-ci vitse-prezidenti olan Ceyms Devid Vens ermənilərin sevinməsinə səbəb olub.
Beləki, politoloq Armen Alaverdyanın sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda yazıb:“Tanış olun... Cey Vens, ABŞ-ın yeni seçilmiş vitse-prezidenti və bəlkə də gələcək prezidenti! Ata tərəfdən bilinməyən, lakin kökləri erməni olan.... ana tərəfdən...nənəsi tərəfindən böyüdü.
Həmin qadının babası Vandan mühacirət edib ABŞ-a köçmüş Civan Vanesyandır və onun şərəfinə nəvəsinin adını Civan Vanesyan qoyub”.

Təsəvvür edin , bu xəstə toplumun nümayəndəsi olan Armen Alaverdiyan iddia edir ki, 40 yaşlı vitse-prezident ana tərəfdən ermənidir. Vansın anası yox,  nənəsi yox, nənəsinin  babası mütləq erməni imiş . Adı da Civan, soyadı da Vanesyan... Görəsən belə məlumatları  bu xəstə "böyük ermənistan" xülyası  ilə yazılan kitabın neçənci səhifəsindən götürüb?

 Əslində Ceyms Devid Vens kimdir?

Amma Armen Alaverdiyanın iddiası üzrə Devid Vens vikipedik məlumatlarında belə bir müddəaya rastlanmayıb. Beləki, amerikalı siyasətçi, yazıçı, vəkil D. Vens 2 avqust 1984-cü ildə Midltonda (Ohayo) anadan olub.
Dəniz Piyadaları veteranı və Respublikaçılar Partiyasının üzvü olan, 2023-2025-ci illərdə ABŞ Senatında Ohayo ştatını təmsil edən 40 yaşlı Vens şotland-irland əsillidir. Ona doğulanda Ceyms Devid Bouman adı verilib. Valideynləri o uşaq ikən boşanıblar. Bouman anasının üçüncü əri Bob Hamel tərəfindən övladlığa götürülüb. Sonra anası Devidi qorumaq üçün onun atasının adını və soyadını doğum haqda kağızdan silərək adını James David Hamel olaraq dəyişdi. Buna görə də Vens uşaqlıq ləqəbini JD saxlayıb. Vens uşaqlığının yoxsulluq və zorakılıqlar içərisində keçdiyini, anasının isə narkomaniya düçar olduğunu etiraf edib. Bunun üçün bacısı Lindsi ilə, ana nənə və babaları, Ceyms və Bonnie Venslər tərəfindən böyüdülüblər.
17 yaşında Vens ilk işinə yerli ərzaq mağazası olan Dillman Foods-da kassir kimi başladı. 2003-cü ildə Middletoun Liseyini bitirdikdən sonra ,Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusuna daxil oldu, burada 2-ci Dəniz Təyyarələri Qanadında hərbi jurnalist kimi xidmət etdi. Dörd illik hərbi xidməti zamanı o, 2005-ci ildə İraqa altı ay qeyri-döyüş rolunda göndərilib , məqalələr yazıb və fotoşəkillər çəkib. O, burda kapral rütbəsi qazandı və onun təltiflərinə Dəniz Qoşunlarının Yaxşı Davranış Medalı və Hərbi Dəniz Qüvvələri və Dəniz Qoşunlarının Nailiyyət Medalı daxildir.

2009-cu ildə Ohayo Dövlət Universitetin bitirib, siyasi elmlər və fəlsəfə ixtisasları üzrə İncəsənət Bakalavr dərəcəsi ilə  fərqlənmə dərəcəsi alıb.
Vens daha sonra Yale Hüquq Məktəbində oxudu , burada o, Kanada parlamentinin gələcək Mühafizəkar üzvü oldu.
Təhsil alarkən Vens Ohayoda respublikaçı senator Bob Şulerin, sonra isə senator Con Korninin yanında işləməyə başlayıb. 2013-cü ildə Vens Yel Universitetini bitirib və daha bir akademik dərəcə - hüquq elmləri doktoru dərəcəsi alıb. 2014-cü ildə qrup yoldaşı, hindistanlı mühacirlərin qızı Uşa Çilukuri ilə evlənib. Cütlüyün hazırda üç uşağı var. Doğularkən protestant olan bu gənc 2016-cı ilin sentyabrında katolikliyə keçib.
Elə həmin ildə Vens, tanınmış amerikalı iş adamı və investor Piter Tilə məxsus olan “Mithril Capital” firmasında işə düzəlib. Vens orada bir il işləyib, sonra Ohayoya qayıdıb və alkoqolizm, narkomaniya və digər asılılıqlardan əziyyət çəkən insanlara kömək etmək məqsədi daşıyan “Our Ohio Renewal” adlı qeyri-kommersiya təşkilatını təsis edib. Maliyyə çatışmazlığı səbəbindən o, cəmi iki ildən sonra təşkilatı bağlamaq məcburiyyətində qalıb. 2021-ci ilin iyulunda Respublikaçılar Partiyasının qurultaylarından birində Vens Ohayodan ABŞ Senatına namizəd olmaq planlarını açıqlayıb. Onun namizədliyini Donald Trampın özü dəstəkləyib, seçki kampaniyasının əsas sponsoru Vensin keçmiş rəhbəri, investor Peter Til olub və bu məqsədlər üçün 10 milyon dollar ayırıb və Vens senator seçilib.

Mediada yazılanlara inansaq 2016-cı ildə Vance keçmiş hüquq fakültəsində təhsil alarkən otaq yoldaşına şəxsi mesajında yazmışdı: “Mən Trampın Nikson kimi o qədər də pis olmayan (və hətta faydalı ola biləcək) rüsvayçı bir dəlik olduğunu düşünürəm. O, Amerikanın Hitleridir”.
Yəqin ki, vəzifə pillələrini qalxdıqca, dövlətdə istədiyi yolda irəliləmək üçün bu tip fikirlrindən imtina edərək Trampa daha yaxın olub.


Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Yanvar 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri