Ermənilərə görə Türkiyənin oyunu azarkeşsiz ola bilər
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Millətlər Liqasının pley-off mərhələsi çərçivəsində Gürcüstan və Türkiyə yığmaları arasında qarşıdakı görüş azarkeşsiz keçirilə bilər. Buna səbəb 23 martda Tiflisdə Gürcüstan və Ermənistan (6:1) yığmaları arasında keçirilən oyundan sonra baş verən insidentdir.
Axar.az xəbər verir ki, bu barədə gürcü fan hərəkatı "Komagebi" açıqlama verib.
"Matçdan sonrakı insidentlə bağlı təəssüf hissi keçiririk, bunun heç bir əsaslı səbəbi yoxdur. Bu hadisə təkcə bu bayramı korladı", – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Tiflisdəki "Dinamo Arena" stadionunda Ermənistan və Gürcüstan yığmaları arasındakı matçdan sonra iğtişaşlar baş verib. Final fitindən sonra azarkeşlər bir-birinə qarşı nalayiq jestlər nümayiş etdiriblər. Daha sonra sözlü qarşıdurma başlayıb və erməni tribunası istiqamətindən müxtəlif əşyalar atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















