Icma.az
close
up
RU
Ermənilərin himayədarlarına xatırlatma

Ermənilərin himayədarlarına xatırlatma

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yanvarın 28-də Azərbaycan mülki helikopterinin vurulmasından 33 il keçir

İttifaq MİRZƏBƏYLİ

Moskva da daxil olmaqla, dünyanın hər yerində, hamı yaxşı bilir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan “Mİ-8” mülki helikopter Xankəndidəki rus silahlıları tərəfindən vurulmuşdu. O zaman Cənubi Qafqazdakı xaos və anarxiyadan, xüsusən, Azərbaycandakı başıpozuqluqlardan sui-istifadə edən ruslar istədikləri addımı atır və günahı gah ermənilərin, gah da azərbaycanlıların üstünə yıxırdılar. Nə ermənilər həmin haqsızlıqlara etiraz edə bilirdi, nə də biz.

Fakt ondan ibarətdir ki, həmin gün o dövr üçün müasir hesab olunan rus qumbaraatanı ilə vurulmuş mülki helikopterdəki  44 nəfərin hamısı həlak olmuşdu. Görəsən ermənilər indi – aradan 33 il keçəndən sonra, üstəlik,  İrəvan– Moskva münasibətlərinin guya soyuduğu bir dönəmdə (şəxsən mən buna qətiyyən inanmıram)  həmin faciənin günahkarlarının kim olduğunu deyəcəklərmi? Deməyəcəklər. Çünki Ermənistanda hamı yaxşı bilir ki, bu yarımvəhşi qəbilənin  yeganə himayədarı Rusiyadır. Onlar məhz Rusiyanın əli ilə qədim türk torpaqlarında dövlət qurublar və son iki əsrdəki mövcudluqlarına görə Moskvaya minnətdar olduqlarını gizlədə bilmirlər. Avropanın da, Amerikanın da, İranın da, Hindistanın da Ermənistanda çıxartdığı hoqqaların heç birinin bu işğalçı  dövlət üçün üç qara qəpiklik xeyri yoxdur.

Xatırladaq ki, həmin terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermişdi. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdu. Ancaq xatırladılmalı digər fakt da var. Belə ki, həmin faciədən iki ay əvvəl – 1991-ci il noyabrın 20-də də ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında “Mİ-8” helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistləri həlak olmuşdular. Onların arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var idi. Ümumilikdə, qəza nəticəsində 22 nəfər həlak olmuşdu.

Təbii ki, həmin faciələr zamanı həm ermənilər özləri haqqında yaratdıqları miflərə “qol-qanad vermək” üçün “türklərə qarşı istənilən addımı biz atırıq” – deyirdilər, həm də Azərbaycan dövlətinin gücsüz, lidersiz və zəif olduğuna görə biz nəyisə sübut edə bilmirdik. Amma indi zaman başqadır. AZAL-ın Bakıdan Qroznıya uçan  sərnişin təyyarəsinin Rusiya hərbçiləri tərəfindən vurulması gün kimi aydındır. Üstəlik, Rusiya aviasiya dispetçerlərinin üç-dörd mülki hava limanının heç birinə qəbul etmədiyi AZAL təyyarəsi Aktau yaxınlığında yerə düşmüşdü. Bu isə bizə imkan verdi ki, qardaş Qazaxıstanın müvafiq dövlət qurumlarının köməyi ilə faciənin tam təfərrüratları barədə dəqiq məlumat əldə edə bilək.

Müvafiq beynəlxalq sənədlərə əsasən, aviaqəzaların nəticələri bir aydan sonra elan edilir. Bu müddətdən istifadə edən Rusiya “mütəxəssisləri” öz ölkələrinin mətbuatı vasitəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar ki, biz öz haqlı tələblərimizdən geri çəkilək. Ancaq unudurlar ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Yəni kiminsə təhdidləri qarşısında geri çəkildiyimiz illər çox geridə qalıb. 

Yeri gəlmişkən, Rusiyadakı həmkarlarımız “Azərbaycanın tələbləri” deyəndə nəyi nəzərdə tuturlarsa, məlum deyil. Axı Azərbaycan Prezidenti həmin fakt barədə bizim şərtlərimizi açıq şəkildə bəyan etmişdir. Dövlət başçımız qəzadan üç gün sonra –  dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirmişdir ki,  “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalmış,  idarəetməsini tam itirdikdən sonra Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilmiş və yalnız pilotların şücaəti,  peşəkarlığı sayəsində qəza enişi edə bilmişdir.                 

Ən başlıcası isə, dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu hadisədə sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulamışdır.

Bütün bunlar dünya ictimaiyyətinin gözünün qabağında olduğu halda, Rusiya “mütəxəssislərinin” qəza barədə məzmunsuz nağıllar uydurması nə qonşuluq münasibətlərinə uyğundur, nə də strateji müttəfiqlik prinsiplərinə. Rusiyalı dostlarımız unudurlar ki, onların hərbçilərinin etdiyi səhvi Azərbaycan hərbçiləri etmiş olsaydı, rəsmi Bakı heç nəyi gizlətməz, fakta həmişəki kimi mərdi-mərdanə münasibət bildirərdi. Biz həmin münasibəti dost və tərəfdaşlarımızdan da gözləyirik. Buna yüksək səviyyədə haqqımız var.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see383

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see322

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see264

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see261

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see247

Prezident nazirlik qarşısında öhdəlik qoydu

20 İyul 2026 13:58see232

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see226

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see206

Prezident 1 fərman, 1 sərəncam imzaladı

20 İyul 2026 13:58see191

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see191

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see188

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see174

Rumıniyada səhiyyə işçiləri xəbərdarlıq tətili keçirir

20 İyul 2026 14:34see172

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see169

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see163

Avropa Rusiyaya görə "parçalanır"...

20 İyul 2026 07:02see160

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see157

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see155

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see155

Üç idarə MMC oldu: Rəis təyin edildi FOTO

20 İyul 2026 13:41see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri