Icma.az
close
up
RU
Ermənilərin məhkəməsində çıxışlar başa çatdı FOTO

Ermənilərin məhkəməsində çıxışlar başa çatdı FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Hurriyyet.media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları da müşahidəçi qismində iştirak edirlər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar Anar Ələkbərov və Sevinc Qasımova çıxışlarında bildiriblər ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla digər təqsirləndirilən şəxslər kimi Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edilməsi, habelə işğal altında saxlanılması, müxtəlif qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, Ermənistanın formalaşdırdığı və himayə etdiyi cinayətkar birliklərin tərkibində və təcavüzkar müharibənin aparılmasında iştirakları təsdiq olunub.

Prokurorlar qeyd ediblər ki, iş üzrə toplanmış mötəbər sübutlar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğunu təsdiqləyir, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə öz təsdiqini tapmayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı bildirib ki, birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmü həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququnun ümumtanınmış prinsip və normalarının tələblərinə tam uyğundur.

Prokuror vurğulayıb ki, ifadələr, ekspert rəyləri, protokollar, maddi sübutlar, sənədlər, video və fotomateriallar qarşılıqlı şəkil və məcmu halında araşdırılıb, hökm hər bir təqsirləndirilən şəxsin konkret əməlləri, ittiham olunduqları cinayətlərdə iştirak forması və iş üzrə müəyyən edilmiş faktlar əsasında çıxarılıb.

Dövlət ittihamçısı apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Hərbi Məhkəməsinin ittiham hökmünün isə dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib.

Hakim bununla da məhkəmə çıxışlarının başa çatdığını bildirib və müdafiə tərəfi qanunvericiliklə nəzərdə tutulmuş replika hüququndan istifadə edib.

İlk olaraq təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Vəkil replikasında apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və Bako Sahakyan barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra replika hüququndan istifadə etmək üçün söz təqsirləndirilən Bako Sahakyana verilib. Bako Sahakyan qeyd edib ki, ona verilmiş replika hüququndan növbəti məhkəmə iclasında istifadə etmək istəyir.

Ardınca təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə replika hüququndan istifadə etmək üçün söz verilib. Müdafiəçi hüquqlarını qoruduğu şəxsin barəsində bəraətverici hökmün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arayik Harutyunyan da replika hüququndan istifadə edərək ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Məhkəmənin növbəti iclası iyulun 31-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.\

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri