Icma.az
close
up
RU
Ermənilərin Novxanıya hücumu Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu Məşhur axundu niyə güllələmişdilər?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Ağa Cəfərlinin "Novxanı söhbətləri" yazısını təqdim edir.

2500 il (bir çox mənbələrdə 500 il) əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün böyründə Siyan adlı kənd varmış. Deyilənə görə, “Siyan” “sis”, “his”, “tüstü” sözünün dəyişikliyə uğramış formasıdır. Bu kənd XVII əsrin ortalarında güclü zəlzələ nəticəsində batıb, əhali isə indi Aşağıbaş adlanan yerdə məskunlaşıb. Təzə tikilmiş evlərə “nov xanı” (noii xanə) – "yeni ev" adı verilib. Onda ərazidə 7-9 ev salınıbmış. Zamanla kənd bütövlükdə Novxanı adlandırılıb. Amma sonralar Aşağıbaşı da su basıb, evlər yararsız hala düşüb. Camaat bu dəfə indiki Novxanı ərazisinə köçüb. Rəsulzadənin də, Mehdi Hüseynzadənin doğulduğu evlər Aşağıbaşda imiş.

Rəsulzadənin xatirə lövhəsi niyə doğulduğu evdə qoyulmadı?

Bəs necə olub ki, Rəsulzadənin Novxanıda doğulması ilə bağlı lövhə bağçanın qarşısına vurulub?

Ağsaqqallar deyirlər ki, müstəqilliyin ilk illərində respublika rəhbərləri Rəsulzadənin doğulduğu evə baş çəkmək üçün kəndə gəlibmişlər. Gəlib görüblər ki, ev nə gəzir? Uçulub-dağılıb, heç quru divar da yoxdu. Deyiblər ki, buranı Rəsulzadənin doğulduğu ev kimi təqdim edə bilmərik, ayıbdı, camaat bizə nə deyər? Hardasa bir guşə düzəldək, camaat gələndə baş çəksin. Məsləhətli bina kimi bağçanı göstərirlər. Rəhbərlik də razılaşır. Az sonra isə lövhə vurulur və belə bir yanlışlığa yol verilir: “Məhəmməd Əmin Rəsulzadə burada doğulmuşdur”. Halbuki, Məhəmməd Əmin kişi doğulanda Novxanın bu hissəsində yaşayış olmayıb.

Bir maraqlı məlumatı da qeyd edək ki, Rəsulzadənin atası Molla Ələkbər Stalini Novxanıda, dəniz qırağındakı “Şah Sultan Hüseyn” məscidinin minbərində gizlədib. Molla Ələkbər həmin məscidin axundu imiş. Sovet dövründə dağıdılan bu məscidin indi ancaq qalıqları qalır.

Axund Ruhulla niyə güllələndi?

Novxanını Rəsulzadənin, Mehdi Hüseynzadənin, Lütfizadənin valideynlərinin doğulduğu yer kimi tanıyırıq. Novxanıda onlarla yanaşı başqa maraqlı şəxsiyyətlər də doğulub, ömür sürüb. Bunlardan biri axund Ruhulla imiş. Axund Ruhulla qızların Tağıyevin qız məktəbində oxumağının tərəfdarı imiş. Amma onun fikirlərinə qarşı çıxanlar, etiraz edənlər də az deyilmiş. Axund bir dəfə camaatı yığır başına, deyir ki, ay camaat, övrətləriniz xəstələnəndə, kafir dediyiniz erməni, rus, yəhudi kişi həkiminin yanına aparırsınız, hətta doğum vaxtı da onlara üz tutursunuz, olmaz ki, qızlarımız oxusun, həkim olsun, siz də övrətlərinizi öz həkim qızlarımızın yanına aparasınız?! Belə qeyrətlisinizsə, niyə imkan verirsiniz qızınıza, gəlininizə hansısa erməni, yəhudi, rus baxsın?! Bu sözün üstündə qoçular axund Ruhullanı güllələyirlər.

Ermənilərin Novxanıya hücumu

Novxanı da başqa Bakı kəndləri kimi qoçularu ilə də məşhurdur. Onlardan ikisi – Hacıməşədi və Kərbəlayi Əlihüseyn (Kəblə Hüseyn deyir ona novxanılılar) bir-biri ilə düşmən imiş. Hacıməşədi yuxarı başın qoçusu imiş, Əlihüsyen aşağı başın. Ermənilər Bakıya hücum edəndə Novxanı da böyük təhlükə ilə üzləşib. Biləcəri qayasında toplar yerləşdirən ermənilər indiki Binəqədi ərazisini bombardman edib, sonra da tutublar. Ermənilər Binəqədiyə çatanda Hacıməşədi başının dəstəsi ilə üz tutur Əlihüseyngil tərəfə. Əlihüseyn tərəfdarları təşvişə düşüblər ki, Hacıməşədi aşağı düşür, tədbir görək, bəlkə. Əlihüseyn diqqətlə baxıb-baxıb və deyib ki, dəyməyin, görmürsünüz, silahsız gəlir. Hacıməşədi çatanda deyir ki, ermənilər Binəqədini aldılar, düşmənçilyi müvəqqəti bir kənara qoyub tədbir tökmək lazımdır.
Beləliklə, qoçular birləşib gedirlər ermənilərlə döyüşməyə. Kürdəxanı istiqamətindən də türklər gəlibmiş köməyə. Ermənilər qovulur, qoçular kəndə qayıdır və deyirlər: hə, bax indi düşmənçiliyimizə davam edə bilərik. Günlərin bir günü Hacıməşədiyə xəbər çatdırırlar ki, gözün aydın, Kəblə Hüseyni vurdular, öldü. Hacıməşədi xrom çəkməsini çıxardıb, o çəkmə ilə xəbər gətirəni döyüb, elə döyüb ki, xəbər gətirən bir həftədən sonra ölüb. Hacıməşədidən soruşurlar ki, niyə döydün, öldürdün o adamı. Cavab verib ki, əslində, Kəblə Hüseyn ölmədi, mən öldüm, mən indi kiminlə düşmənçilik edəcəm, məni o düşmənçilik yaşadırdı. Hacıməşədini sonralar Sibirə sürgün ediblər. Axund Ruhullanı qətlə yetirməsi ittihamı ilə. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyev Hacıməşədinin gedər-gəlməzə göndərilməsi üçün birbaşa çarla danışıb.

Şıxəli Qurbanovun türk əsgərinə yazdığı şeir

Bir çox Bakı kəndlərində olduğu kimi Novxanıda da türk əsgərlərinin qəbri var. Bir vaxtlar bu qəbirlər gəliş-gedişdən uzaq, gözdən iraq yerdə imiş. Əlisgəndər ilə Seyfəl adlı kənd sakinləri hələ sovet vaxtında türk əsgərlərinin nəşini kənd qəbiristanlığına köçürüblər. Anası bu kənddən olan yazıçı, dramaturq, alim, dövlət xadimi Şıxəli Qurbanov isə onların məzar daşı üçün şeir (epitafiya) yazıb:

Eşidib fəryadın Azərbaycanın

Tərəddüd etmədən dadə yetişdin.

Xəlqinin yolunda keçib canından

Əbədi şöhrətə, şana yetişdin.

“Ətimiz də var, yağımız da...”

Novxanı camaatı çox zəhmətkeş olub. Bineyi-qədimdən heyvandarlıqla məşğul olub, bununla dolanıblar. Daha dəqiqi, tərəkəmədir əsilləri. Ağsaqqallar deyir ki, Novxanın köhnə sakinlərinin Dəvəçidə qubernatorun imzası ilə təsdiq olunmuş hektarlarla torpaq sahələri varmış.
İndiki Hacı Zeynalabdin qəsəbəsi ərazisində - Qaradərə deyilən yerdə Novxanı camaatının yataqları olub. Novxanı isə qışlaq imiş. Qışda burda hava o qədər də sərt keçmirmiş, heyvanları saxlamaq üçün yeraltı yataqlar varmış. Zamanında bura, əsasən, Şamaxıdan, İsmayıllıdan köç ediblər. Zəlzələlər camaatı doğma-yurd yuvasını tərk etmək məcburiyyətində qoyubmuş... Ən böyük köç isə 1667-ci ildə olub. Şamaxıda 80 min adamın həlak olduğu və şəhərin üçdə birinin dağıldığı zəlzələdən sonra. Novxanıda bircə Nobatuşağı deyilən nəsilin hardan köçdüyünü bilən yoxdur. Deyirlər, onlar elə buralar yaranandan burdadırlar.

Novxanın zəhmətkeş camaatı Sovet vaxtı da heyvandarlıqla məşğul olub, fermalarda işləyirmişlər. Bir də, üzüm bağlarında. Bir çox üzüm sortlarının ən əlası burda və ətraf kəndlərdə yetişirilirdi.
Novxanıda Sovetlərdən söz düşəndə mütləq sizə belə bir maraqlı əhvalat danışacaqlar.
Deyir, Sovet vaxtı zavodlardan birində bir nəfər daim narazılıq edirmiş, deyirmiş, bu nə yaşayışdır, ətimiz yox, yağımız yox. Bir gün bu yoxa çıxır. Bir həftə işə gəlmir. İşə çıxanda bundan soruşurlar ki, bəs niyə işə gəlmirdin, nə məsələdir? Bu da qayıdasan ki, ətimiz də var, yağımız da. Deyirlər, başına hava gəlib, biz nə soruşuruq, sən nə deyirsən? Yenə də deyir ki, ətimiz də var, yağımız da. İşçilər bundan aralaşır ki, xatası bunlardan uzaq olsun. Söhbət müdirə çatır. Müdir hansı mənbələrdənsə dəqiqləşdirir ki, narazını tutublar, bir həftə döyüblər, axırda da başa salıblar ki, səndən kimsə nəsə soruşsa, denən, ətimiz də var, yağımız da.

Bülbülün xatirəsi yad ediləcək "Milli Kitab Mükafatı"nın bu ilki qalibləri məlum oldu Mənim armud ağacım - Sara İbrahimin yeni hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see216

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see167

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see134

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see131

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see112

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri