Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Ermənilərin sərhəd tanımayan urbisid, ekosid və kultursid əməlləri

Ermənilərin sərhəd tanımayan urbisid, ekosid və kultursid əməlləri

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq konvensiyalara görə, şəhər və kəndlərin dağıdılması, mülki infrastruktura, tarixi mədəniyyət abidələrinə ziyan vurulması ağır müharibə cinayətləri sayılır. Azərbaycan da otuz illik işğal dövründə ermənilərin törətdikləri saysız-hesabsız belə müharibə cinayətləri ilə üzləşib. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə çəkilən foto və video materiallar ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifini tamam alt-üst edir. Həmin görüntülərdən bir daha aydın olur ki, ermənilər mədəniyyət görməyən vəhşi tayfalar kimi yolları üstündə hər şeyi dağıdıb talayıblar. Prezident İlham Əliyev bu günlərdə işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə, eləcə də Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşlərdəki çıxışlarında işğal illərində ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizm əməllərinə xüsusi diqqət çəkib.

Şəhər və kəndlərin üzləşdiyi ağır urbisid siyasətinin kədərli izləri

Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib.

Ağır urbisid siyasətinin kədərli izlərinin qaldığı şəhərlərimizdən biri də Ağdamdır. Ağdam şəhəri 23 iyul 1993-cü il tarixindən başlayan  işğaldan əvvəl bütün bölgənin ticarət mərkəzi sayılırdı. İşğaldan sonra isə  ağ şəhərin qara günləri başlayıb. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. İkinci Qarabağ müharibəsi bitəndən sonra məlum oldu ki, şəhərdən əsər-əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar.

İşğal illərində Zəngilan və Cəbrayıl şəhərləri də oxşar aqibətlə üzləşib. 1993-cü il 29  oktyabr  tarixində işğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi. 27 illik işğal dövründə mənfur düşmən digər yaşayış məntəqələrimizdə olduğu kimi, Zəngilanda da bütün abidələri, evləri, mülki infrastrukturu dağıdıb, sərvətlərimizi vəhşicəsinə talan edib.

Cəbrayılın yaşayış məntəqəsi kimi tarixi VIII əsrə bağlanır. 1930-cu ildə inzibati mərkəzi olan Cəbrayıl rayonu yaradılıb və şəhər də məhz həmin illərdə formalaşmağa başlayıb. Şəhərin ilk Baş planı 1984-cü ildə işlənilib. O zaman şəhərin ərazisi 258 ha, əhalinin sayı 5200 nəfər idi.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalıb. İşğal nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb. Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdəki çıxışında işğal illərində yaşayış məntəqələrimizə münasibətdə həyata keçirilən urbisid siyasətini kəskin şəkildə qınayaraq vurğulayıb: “Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır”.

Təbii sərvətlər talanır, tarixi mədəni-dini abidələr hədəfə çevrilirdi

Torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin törətdikləri ekosid və kultursid əməllərin də sərhədi olmayıb. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Onlar havadarlarının dəstəyi ilə ələ keçirdikləri ərazilərimizdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub.

Eyni zamanda, işğal olunmuş ərazilərimizdə 67 məscid, 144 məbəd, 192 ziyarətgah məhv edilib. O cümlədən mədəniyyətimizin beşiyi sayılan Şuşada Hacı Yusifli məscidi, “Çöl Qala” məscidi, “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı məscidi” (XVIII əsr), Mədrəsə (XVIII əsr), Yuxarı məscid mədrəsəsi (XVIII əsr), Qız monastırı (XVIII-XIX əsrlər), Qazançı kilsəsi (XIX əsr), eləcə də Natəvanın evi (XVIII əsr), ikimərtəbəli karvansaray (XIX əsr), Mehmandarovların malikanə kompleksi: məscid, kiçik yaşayış evi, böyük yaşayış evi (XVIII əsr), İsa bulağı (XIX əsr), İbrahim xanın qəsri (XVIII əsr), M.P.Vaqifin məqbərəsi (XX əsr) və s. tarixi memarlıq abidələri darmadağın edilib.

Ermənilər tərəfindən törədilən ekosid siyasətinin də miqyası çox böyükdür. Belə ki, onların vandalizm əməlləri Prezident İlham Əliyevin də xatırlatdığı kimi, məşhur Çinar meşələrindən, Bəsitçay Dövlət Təbiət Qoruğundan da yan ötməyib. Buradakı qiymətli ağaclar qırılaraq Ermənistana daşınıb və mebel sənayesində istifadə olunub.  Üç onillik ərzində işğal altında qalan ərazilərimizdəki bu dağıntıları bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özlərinə dövlət quran, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. “Yəni bu, onlarda bir qayda idi, bu, normal bir davranış idi. Yəni vəhşilik normal bir davranış idi - kim nə qədər çox daş oğurladı, kim nə qədər çərçivə çıxartdı, kim nə qədər dam örtüyü çıxartdı. Sonra aparıb həm İran bazarlarında, həm də Ermənistan bazarlarında satırdılar. Bax, fərq budur. Biz bunu edə bilərik? Bizim insanların heç ağlına gəlməz belə”, - deyə Prezident İlham Əliyev  Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdəki çıxışında vurğulayıb.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri