Icma.az
close
up
RU
Ermənipərəstlik Avropa Parlamentinin “qətnamə” oyunbazlığı

Ermənipərəstlik Avropa Parlamentinin “qətnamə” oyunbazlığı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxud insan hüquqları ilə saxtakarlıq edənlər barədə nekroloq əvəzi

Vaxtilə belə bir şüar var idi: Bütün dünyanın proletarları birləşin! Söhbət Leninin irəli sürdüyü və bolşevizmin ana xəttini təşkil edən şüardan gedir. O şüar ki, saxta mahiyyəti keçmiş SSRİ-nin yaşam parametrləri ilə üzə çıxdı. Yəni məlum oldu ki, Sovetlər Birliyindəki proletarlar bütün dünyadakı həmkarlarını birləşdirmək iqtidarında deyillər. Nəinki deyillər, eyni zamanda, el dilində ifadə etsək, qara günlüdürlər.

SSRİ həm də cəmiyyəti başına almış ciddi saxtakarlıqlara görə dağıldı. Məşhur lətifədə deyildiyi kimi, insanlar bir ayaqlarının sosializmdə, o birinin kommunizmdə olub aralı qalmasından yoruldular. Yəni obrazlı desək, yorulan ayaqların çəkilməsi ilə imperiya çökdü. Hazırda isə sanki bütün dünyanın ermənipərəstlərinin birləşməsi kimi görüntü var və bu görüntü mahiyyətcə saxtadır. Ona görə saxtadır ki, birləşmə manipulyativ xarakterlidir. Məsələyə sonda qayıdacağıq.

Beləliklə, ermənipərəstlər birləşiblər ki, anti-Azərbaycan bağırtıları daha gur eşidilsin. Söhbət Avropa Parlamentinin oktyabrın 8-də çıxardığı qətnamədən gedir. O sənəddən ki, orada həm də ölkəmizdəki “erməni məhbusların” azad edilməsi tələb olunur. Özü də qeyd-şərtsiz. Bir qədər də konkret desək, sən demə, Azərbaycanda içərilərində erməni məhbusların da olduğu 300-dən çox siyasi məhbus var imiş.

Deməli, AP ölkəmizin ərazilərində insanlıq əleyhinə çoxsaylı cinayətlər törətmiş, Qarabağdakı keçmiş separatçı rejimdə təmsil olunmuş əbləhləri də siyasi məhbus kateqoriyasına aid edir. Məşhur atalar sözündə deyildiyi kimi, utanmasan, oynamağa nə var ki? Hərçənd, AP-nin deputatlarının utanmalarından keçib və fikrimizi əsaslandıracağıq. Burada diqqətçəkən məqam 300 rəqəmidir.

Qeyd edək ki, ötən ayın sonunda ABŞ-da senator, Demokratlar Partiyasının Vermontdan olan nümayəndəsi Piter Uelç, Şimali Karolinanı Respublikaçılar Partiyasında təmsil edən Tom Tillis və daha bir demokrat, virciniyalı Tim Keyn Birləşmiş Ştatların Dövlət katibi Marko Rubioya birgə müraciətlərində də 300 rəqəmini ortaya atmış, Azərbaycanda bu sayda siyasi məhbusun olduğunu vurğulamışdılar. Əlbəttə, rəqəmin haradan götürüldüyü qeyri-müəyyəndir. Qeyri-müəyyən və absurd...

Amma məsələ yalnız hansısa rəqəmin yanlışlığında yox, ümumən, siyasi məhbus “şousunun” özündədir. Hiss olunur ki, ermənipərəstlik xüsusunda zaman-zaman ayrı-ayrı ssenarilərin dövriyyəyə gətirildiyi bu “şouya” yenidən ehtiyac duyulub. ABŞ konqresmenlərinin ardınca AP-dəki haypərəst tör-töküntülərin sırf 300 rəqəminə köklənmələri qənaətimizin sübutudur. Habelə bu köklənmə anti-Azərbaycan mahiyyətli prosesin eyni mərkəzdən idarə olunduğunun təsdiqidir.

Qeyd edək ki, AP zaman-zaman “Azərbaycanda saxlanılan erməni məhbuslar” məsələsini gündəmə gətirib. Məsələn, qurum bu il martın 13-də “Azərbaycan tərəfindən erməni girovların, o cümlədən Dağlıq Qarabağın yüksək vəzifəli siyasi nümayəndələrinin qanunsuz saxlanılması və saxta məhkəmə prosesləri barədə” qətnamə çıxarmışdı. Sənəddəki “Dağlıq Qarabağın yüksək vəzifəli siyasi nümayəndələri” ifadəsi həyasızlığın pik nöqtəsi, əndazəni aşmaq idi. Çünki belə bir deyimin dövriyyəyə buraxılması separatçılığa leqal və legitim don geydirmək cəhdidir. Hərçənd AP-nin deputat adı daşıyan narkoman və pedafil üzvləri üçün hər cür həyasızlığın tam adi hal olduğunu bildirməliyik. Bu həyasız və utanmaz qruplaşma təmsilçiləri beynəlxalq hüququ, ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığı prinsipini lakmus kağızında yazılmışlardan fərqləndirmirlər. Onların yalnız bir dəyərləri var, o da puldur.

Necə deyərlər, eyni dalğa, eyni koordinat. Sadəcə, AP-nin martın 13-dəki və oktyabrın 8-dəki qətnamələri arasında müəyyən fərq var. Görünür, qurumdakılar, öz aləmlərində, diplomatik davranmağa qərar verib və hesab ediblər ki, “erməni məhbusları” “Azərbaycanda siyasi məhbuslar” şousunun tərkibinə pərçimləsələr, daha ciddi nəticə əldə edə bilərlər. Təxminən belə: Azərbaycanda çoxlu sayda siyasi məhbus var, erməni məhbuslar onların sırasındadırlar və hamı kimi ikincilər də azad olunmalıdırlar. Yəni, ayının min oyunu bir armudun başındadır. Əlbəttə, zaman-zaman AP-nin “Azərbaycanda siyasi məhbuslar” şousunu ayrıca gündəmə gətirdiyi də məlumdur.

Bəli, ABŞ-dakı anti-Azərbaycan ritorika ilə AP-də ölkəmizə qarşı yönəlmiş qətnamə oyunbazlığı eyni mərkəzdən idarə olunur. O mərkəz isə Qərbdəki erməni lobbi və diaspor təşkilatlarıdır. Bu təşkilatlar var gücləri ilə Qarabağ avantürasını qorumağa, Cənubi Qafqazda sülhə maneçilik törətməyə çalışırlar. Onlar öz məqsədlərinə çatmaq üçün həm Birləşmiş Ştatlardakı koqresmenləri, həm də AP-nin deputatlarını satın alırlar. Satılmışlar isə Azərbaycana qarşı hədyanlar yağdırmaqdan çəkinmirlər.

Tam əminliklə deyə bilərik ki, AP-nin oktyabrın 8-dəki qətnaməsi həm də regional sülhü əngəlləməyə hesablanıb. Yeri gəlmişkən, mövcud məqamı Prezident İlham Əliyev daha əvvəl – bu il mayın 4-də Avropa Siyasi Birliyinin İrəvanda keçirilmiş Zirvə toplantısında videobağlantı şəklində çıxış edərkən vurğulamışdı. Dövlətimizin başçısı bildirmişdi ki, 2021-ci ilin mayından 2026-cı il aprelin 30-dək AP Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. O qətnamələr ki, təhqir və yalanlarla doludur. Ölkəmizin lideri çıxışında, həmçinin, qurumun son anti-Azərbaycan xarakterli qətnaməsinin sözügedən Zirvə toplantısından cəmi dörd gün əvvəl qəbuluna diqqət çəkmişdi.

Qeyd edək ki, AP-nin aprelin 30-da qəbul etdiyi və “Ermənistanda demokratik dayanıqlılığın dəstəklənməsi” (Supporting democratic resilience in Armenia) adlı həmin qətnaməsində də Qarabağ ermənilərinin qayıdışı məsələsi ilə yanaşı, “Azərbaycanda saxlanılan erməni məhbuslar” üzərində dayanılmışdı. Sənədin 5-ci bəndində ölkəmiz sülh prosesinə sadiqliyini konkret etimad quruculuğu tədbirləri ilə nümayiş etdirməyə çağırılmış, məhz bu tədbirlər sırasında “erməni siyasi məhbusların” qeyd-şərtsiz sərbəst buraxılmalarının zəruriliyi əsaslandırılmış, Avropa İttifaqının məsələni Azərbaycan hakimiyyəti ilə dialoqda gündəmdə saxlamasının vacibliyi bildirilmişdi. Prezident İlham Əliyev isə Zirvə toplantısındakı çıxışında AP-nin Azərbaycana yanaşmasını ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətlərində ittiham olunan şəxsləri məhkəmə qarşısına çıxarması ilə əlaqələndirmişdi. Həqiqətən də belədir. Çünki qurum ölkəmizə qarşı, belə demək mümkünsə, qətnamə oyunbazlığını 2023-cü ilin sentyabrından, yəni torpaq bütünlüyümüzün bərpasından sonra daha da intensivləşdirib.

Əlbəttə, AP-nin anti-Azərbaycan xəttinə zəruri reaksiyaların verilməzi şərtdir. Ona görə şərtdir ki, obrazlı desək, dəvə başını samanlığa salıb gizləndiyini zənn edir, halbuki əndamı bayırdadır. Elə ölkəmizə qarşı hədyan yağdıran AP-nin deputatları da eyni durumdadırlar. Mövcud mənada Prezident İlham Əliyevin bu il sentyabrın 15-də Bakıda türkdilli ölkələrdən olan din xadimlərini qəbul edərkən səsləndirdiyi fikirlər, bir növ, tərs şapalaq effekti yaradır. Dövlətimizin başçısı bildirmişdi: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm”.

Prezident İlham Əliyev bu fikri söyləyərkən, nümunə olaraq AP-nin keçmiş vitse-prezidenti Eva Kailinin korrupsiya ittihamı ilə üzləşməsinə söykənmişdi. “Vitse-prezidentin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb”, - deyən dövlətimizin başçısının son dərəcə mühüm məqama toxunduğu şübhəsizdir.

Onu da bildirək ki, Kaili 2022-ci ilin dekabrında Qətər hökumətinin lehinə lobbiçilik və korrupsiya ittihamı ilə həbs olunmuş, həbsindən sonra vitse-prezident vəzifəsindən kənarlaşdırılmış, 2023-cü ilin aprelində ev dustaqlığına buraxılmış, lakin cinayət işinin gedişi ilə bağlı ictimaiyyətə yeni məlumat verilməmişdi. Yəni məsələ ört-basdır edilmişdi. İndi isə belə bir reputasiyaya malik qurum Azərbaycanla bağlı növbəti qətnamə verir. Ziddiyyətlidir və necə deyərlər, öz gözlərində tiri görməyənlər, başqalarının gözündə çöp axtarmağa girişiblər. Halbuki rüşvət və korrupsiya ittihamı AP üçün böyük utanc olmalıdır. Amma olmur...

Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq və bildirək ki, təkcə AP-nin deyil, bütövlükdə, anti-Azərbaycan mövqe tutan Qərb təsisatlarının öıkəmizə yanaşmalarındakı qeyri-konstruktiv, qərəzli və böhtan dolu fikirlər həm də saxtakarlığın nəticəsidir. Saxtakarlığın isə bəşəri dəyərlərlə, indiki halda, insan hüquqları ilə manipulyasiya təbiəti aşkardır. Əgər Avropanın özlərinə demokrat deyən kəsləri bu dəyərləri satışa çıxararaq, saxtakarlığa yol verirlərsə, onların bolşeviklərdən heç bir fərqləri yoxdur. Yəni əvvəldə bolşeviklərin qurduqları SSRİ-nin iflas aqibətini təsadüfən vurğulamadıq. Nəzərə alaq ki, Sovetlər Birliyi cəmiyyətində də o dövrün birlik, bərabərlik kimi yüksək səslə təqdim olunan şüarları xüsusunda ciddi saxtakarlıq hökm sürmüşdü və süqutu doğuran məhz bu kimi təmayüllər idi. Aydındır ki, dəyərlərin siyasi alver və maddi mənfəət predmetinə çevrildiyi cəmiyyətlər çox yaşamırlar. Deməli, Avropa tarixdən dərs çıxarmalı, qətnamə oyunbazlığına baş vurmaqdansa, bildirdiyimiz məqamlar barədə düşünməlidir.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri