Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan hökuməti 30 ildə öz sərhədlərini müəyyənləşdirməyib. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, ölkə konstitusiyasında qeyd olunur ki, Ermənistan dövlətçiliyinin əsasları xalqın milli hədəflərini ehtiva edir:
"Ermənilərin milli ideologiyası isə odur ki, Qarabağ Ermənistanın bir hissəsidir. Ermənistan 30 ildə öz sərhədlərini müəyyənləşdirmədi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər hələ də qalır. Biz hələ də beynəlxalq məhkəmələrə bu cür məsələləri çıxarmamaları ilə bağlı danışıqlar aparırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 10 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















