Ermənistan ABŞ ın təklifini rədd etdi Zəngəzur dəhlizi ilə bağlı KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan yalnız öz yurisdiksiyası altında olan nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını müzakirə edir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) açıqlama verilib.
KONKRET.az xəbər verir ki, açıqlamada ABŞ səfirinin “Zəngəzur dəhlizinin idarəçiliyinin 100 illik icarə əsasında üçüncü tərəfə verilməsi” barədə verdiyi təklifə də münasibət bildirilib. Nazirlik bildirib ki, Ermənistan qanunvericiliyinə əsasən, ölkə ərazisindəki torpaqlar yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. Bu səbəbdən də ABŞ səfirinin qeyd etdiyi variant mümkün deyil.
Rəsmi İrəvanın mövqeyinə əsasən, dəhlizin nəzarət və idarəsi məsələsində Ermənistan suverenliyi istisnasız olaraq qorunmalıdır.
Natiq Səlim,
KONKRET.az


