Icma.az
close
up
RU
Ermənistan alimlərilə görüş olsun? Azərbaycanlı elm adamlarından REAKSİYA

Ermənistan alimlərilə görüş olsun? Azərbaycanlı elm adamlarından REAKSİYA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ lideri Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan tərəfi sülh sazişinin mətnini paraflayıblar. Paraflanmış sülh mətnində qarşılıqlı etimad quruculuğu, sülh gündəminin irəli aparılması məsələləri də təsbit olunub.  

Məhz bu səbəbdən artıq bir sıra addımlar atılıb.  Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bu yaxınlarda Ermənistanın paytaxtı İrəvanda olublar. Onlar Ermənistan nümayəndələri, həmçinin rəsmi şəxslərlə görüşüblər. Tədbir Vaşinqtonda 8 avqustda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun olaraq sülh gündəminin irəli aparılmasına yönəlib. Nəticədə bu formatda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü baş tutub.

Bundan sonra media və parlament nümayəndələrinin də görüşləri gözlənilir.

Eləcə də elm adamlarının və akademiklərin də qarşılıqlı səfərlərinin olub-olmayacağı məsələsi gündəmə gəlib.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edən professor Misir Mərdanov Modern.az-a bildirib ki, iki ölkə və xalqlar arasında etimad quruculuğuna ehtiyac var:

"Məhz bu səbəbdən Azərbaycandan bir qurp gənc bu günlərdə Ermənistana səfər etdi. Məlumata görə, eyni şəkildə həmin sayda insan da Ermənistandan Azərbaycana gələcək. Düşünürəm ki, bu cür görüşlərin sülh sazişinin imzalanması istiqamətində böyük rolu ola bilər".

Sabiq təhsil naziri vurğulayıb ki, hər iki ölkənin alim və akademiklərinin də qarşılıqlı səfərləri baş tuta bilər:

"Vaxtilə elə adamlar olub ki, birgə elmi əsərlər yazıblar, yaxın sahələrdə elmi tədqiqat işləri aparıblar, həmin şəxslər səylərini birləşdirə bilərlər. Belə tədqiqatçılar olsa, əlbəttə, bu addımları qarşılıqlı şəkildə atmaq olar. Tələsmədən, məsləhətlə etməyin hər iki tərəfə xeyri olardı".

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib ki, əgər alim və akademiklərin görüşü gündəmə gəlsə, ermənilərlə übəüz oturub danışmaq olar:

"Mən bu barədə bir dəfə ABŞ səfiri ilə görüşdə də demişdim. Lakin reallıq ondan ibarətdir ki, nə bizim alimlərimiz, nə də erməni alimlər öz mövqelərindən çəkiləcək. Çünki biz həqiqi, onlar isə fantastik, dəqiq olmayan tarix yazırlar. Bizim tarixlə, yaxud keçmişlə bağlı hansısa məsələdə ortaq fikrimiz olmayacaq. Ən azı yaxın 20-30 il ərzində bu mümkün deyil. Nə xalqımız Xocalı soyqırımını unudub, nə də onlar qondarma soyqırımı iddiasında əl çəkiblər. Şəxsən mən keçmişi, tarixi bilən bir adam kimi bu gediş-gəlişin əleyhinəyəm. Çünki 1905-1906, 1918-ci ildən sonra gediş-gəliş bərpa olundu, erməni tərəfi dayanmadı".

Z.Əliyev vurğulayıb ki, gediş-gəliş üçün konkret şərtlər olmalıdır:

"Ermənistan öz tarix dərsliklərini, konstitusiyasını dəyişməli, kilsəni dövlətdən tamamilə ayırmalıdır. Çünki əgər bir erməni hər həftə kilsəyə gedir və orada onda türklərə, azərbaycanlılara qarşı nifrət fikri formalaşdırılırsa, sabah növbəti mart qırğını, Xocalı soyqırımının olmayacağına kim təminat verə bilər, heç kim. Ermənilər sülh istəyirsə, Azərbaycanın mədəniyyətinə, mətbəxinə, musiqisinə qarşı oğurluğa son qoymalıdırlar. Bu musiqi, yemək Azərbaycana aiddir deyə, istinad verməlidirlər. Ermənilər Qərbi Azərbaycanda bizim tarixi abidələrimizin öz adlarının bərpa edilməsinə imkan yaratmalıdırlar. Məsələn, bizim oradakı Göy məscidimizi "fars məscidi" adlandırmamalı, oradan Xameinin şəkilini yığışdırmalıdırlar. Basarkeçər, cənab Prezident demişkən, Göyçə kimi adlar bərpa edilməlidir. Yəni bu addımlar atılacağı təqdirdə sülhdən danışmaq olar. İçlərində kin saxlaya-saxlaya onların QHT-ləri, alimləri gələcəklər, biz ora gedəcəyik - görüşlər olacaq, onlar bizim universitetlərimizdə gəlib oxuyacaqlarsa, bu sülh deyil, müvəqqəti sakitlikdir. Məsələn, cənab Prezidentin AMEA-dakı çıxışı bu baxımdan çox önəmlidir. Ölkə başçısı Sevan gölününü olmadığını, onun əsl adının Göyçə olduğunu vurğuladı. Ermənilər bunu qəbul edib xəritələrini də bunu dəyişəcəklərmi? Dəyişəcəklərsə, bəli, sülhdən danışmaq olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri