Icma.az
close
up
RU
Ermənistan atəşkəsi pozmaqla əsl simasını göstərmiş oldu Deputat

Ermənistan atəşkəsi pozmaqla əsl simasını göstərmiş oldu Deputat

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bir neçə gündür ki, bütün dünyaya sülhlə bağlı çar çəkən və mələk simasında görünən Nikol Paşinyanın əsl üzü indi göründü. Sutka ərzində üç dəfə atəşkəsi pozmaqla əslində Ermənistanın niyyətinin nə olduğunu nümayiş etdirmiş oldu".

Bu barədə 525.az-a Milli Məcliin deputatı Hikmət Baboğlu bildirib.

“Paşinyan hesab edir ki, dünya ictimaiyyəti və qlobal ictimai rəy o qədər sadəlöhvdür ki, bir tərəfdən sülhdən danışıb, digər tərəfdən müharibəyə hazırlaşmaqla onu aldatmaq və Azərbaycanı sülh istəməyən tərəf kimi hədəfə gətirmək olar. Amma bu, baş tutmayacaq. Çünki bu, mümkün deyil. Görünür 44 günlük müharibədən ötən beş il ərzində Paşinyan Azərbaycan diplomatiyasının gücünü hələ də obyektiv qiymətləndirə bilməyib. Ona görə də belə yanlış həvəslərə düşüb”, - deputat deyib.

H.Babaoğlu hesab edir ki, atəşkəsin pozulması Ermənistanın əsl simasının göstəricisidir:

“Biz bilirik ki, Ermənistan müharibəyə hazırlaşır. Bunun üçün də çox ciddi silahlar alır, ciddi ordu kompletləşməsi aparır. Xaricdən hərbi təlimçilər dəvət edir. Onun müharibə istəyini dəstəkləyən tərəflər, mərkəzlər də var. Ona görə də Paşinyan hesab edir ki, bir tərəfdən sülh deyib, başqa bir tərəfdən müharibəyə hazırlaşmaqla, Azərbaycan üzərində bir diplomatik hərbi-siyasi üstünlük quracaqdır. Amma bu mümkün deyil. Artıq bu səhifə çoxdan çevrilibdir. Ortada olan isə  ondan ibarətdir ki, Paşinyan daha çox müharibəyə hazırlaşır, nəinki sülhə. Baxmayaraq ki, artıq sülh sazişi layihəsinin 17 maddəsinin hamısının razılaşdırıldığı bildirilib. Nə qədər ki, əməldə Ermənistan lazımi addımları atmayıb, yəni, Konstitusiyasına dəyişiklik etməyib, ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı Azərbaycanla birgə müraciət etməyib, Avropa İttifaqının casus missiyası Ermənistan-Azərbaycan sərhəddindən çəkilməyib, nə qədər ki, 300 mindən çox azərbaycanlı öz tarixi torpaqlarına qayıtmayıb, bir o qədər də biz Paşinyanın sülh niyyətinə və sülh niyyətində səmimi olduğuna inanmayacağıq”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məliumata əsasən, martın 16-sı Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Gorus rayonunun Dığ, Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan dəfə atəşə tutub.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri