Icma.az
close
up
RU
Ermənistan atəşkəsi Rusiya təhlükəsinə görə pozur? Açıqlama

Ermənistan atəşkəsi Rusiya təhlükəsinə görə pozur? Açıqlama

Icma.az, Bakupost saytına istinadən bildirir.


“Ermənistan bu gün də Azərbaycana qarşı təxribatlarını davam etdirir. Avropada Qarabağ erməmilərinin qayıdışı ilə bağlı məsələ gündəmə gətirilir. Bu, kütləvi təzyiq deməkdir və danışıqların ümumi məcrasını dəyişən amildir. Qarabağda separatçılıq 30 il davam edib. Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bu məsələyə son qoyub. Əgər Avropa ölkələrinin təzyiqi ilə Qarabağ ermənilərinin qayıdışı mümkün olarsa, bu, yeni separatçı hərəkatın baş qaldırmasına yol aça bilər. Ermənilər qayıdışı beynəlxalq institutlaşma vasitəsilə həyata keçirmək istəyə bilərlər. Bu proses Azərbaycanın suverenliyinə qarşı təxribatlara şərait yaradacaq. Qarabağ erməniləri arasında hələ də müxtəlif erməni terror təşkilatlarının keçmiş üzvləri və radikal qruplaşmalar mövcuddur. Onların yenidən aktivləşməsi təhlükəsizlik üçün risklər yaradar”.

Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və hər hansı bir etnik qrupun xüsusi statusu olmadan geri qayıtması mümkündür. Lakin Avropa qurumları bu prosesi beynəlxalq nəzarət altında həyata keçirmək istəsə, bu, Azərbaycanın daxili işlərinə müdaxilə olacaq:

“Əgər Avropa və Ermənistan qayıdış məsələsində israrlıdırsa, o zaman Qərbi azərbaycanlıların qayıdışı məsələsi diqqətə alınmalıdır. Ermənistan ərazisindən XX əsrin müxtəlif mərhələlərində zorla qovulmuş azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmaq hüququna malikdirlər. Bu, beynəlxalq hüquq normaları, humanitar dəyərlər və etnik təmizləmə qurbanlarının haqlarının bərpası prinsipləri ilə tənzimlənir”.

Politoloq vurğulayıb ki, Ermənistan ordusu faktiki olaraq artıq 1 aya yaxındır, şərti sərhədlərdə atəşkəsi pozur:

"Mart ayının ilk həftələrində Ermənistanın MN tərəfindən bu inkar edilirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən Ermənistan Müdafiə Nazirliyini, həm də eyni bəyanatlar səsləndirən Aİ Müşahidə Missiyasını ifşa etdi. İstisna deyil ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir. Bir neçə gün əvvəl Aİ Ermənistanın bu quruma üzvlüyünün mümkünlüyü ilə bağlı müsbət bəyanatlar səsləndirib. Beləcə, başda Fransa olmaqla Zəngəzurda möhkəmlənmək və Qafqazda yeni hərbi - siyasi konfiqurasiya formalaşdırmaq prosesinə start verilib. Sadalananlar Ermənistanın bölgəni yeni müharibəyə cəlb etməsi ilə bağlı atdığı addımların yalnız bir neçə istiqamətidir. Həm Ermənistanda, həm də Qərbdə odla oynadıqlarını başa düşməlidirlər. Baş verənlər Zəngəzura qayıdış məsələsinin Azərbaycan üçün necə vacib strateji əhəmiyyət daşıdığını bir daha sübut edir”.


Sevinc,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri