Ermənistan Azərbaycan enerji şəbəkəsinə qoşulur: erməni ekspertdən həyəcanlı çağırış
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Ermənistanın Azərbaycan enerji sisteminə qoşulması həm risklər, həm də müəyyən iqtisadi üstünlüklər vəd edir.
Turkustan.az xəbər verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə ekspert Artur Avetisyan Sputnik Armenia-ya açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, düzgün və balanslaşdırılmış qərarlar qəbul olunarsa, mövcud riskləri idarə etmək mümkündür. Lakin bu proses Ermənistanın daxili enerji sisteminin modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması ilə paralel aparılmalıdır. Avetisyan bildirib ki, ölkə regionda enerji müstəqilliyini və ixracatçı statusunu qorumaq istəyirsə, ən azı 600 MVt gücündə atom elektrik stansiyasına sahib olmalıdır.
Mütəxəssis vurğulayıb ki, Ermənistanın enerji təhlükəsizliyinin zəifləməməsi üçün “Şimal–Cənub” və “Şərq–Qərb” layihələri eyni vaxtda həyata keçirilməlidir. Onun fikrincə, bu istiqamətlərdən yalnız birinə üstünlük verilməsi hazırkı regional və geosiyasi reallıqlar fonunda ölkəni ciddi təhlükə ilə üz-üzə qoya bilər./Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 25 Yanvar 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















