“Ermənistan Azərbaycana qarşı tələb irəli sürə bilmir”
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, ötən həftə İrəvanda “Avroest” qrupunun iclası keçirilib. Tribunainfo.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bu toplantıya qatılmayıb.
Səbəb isə “Avroest”in Azərbaycana qarşı qərəzli mövqe tutması və ölkəmiz əleyhinə bir neçə “qətnamə”yə səs verməsi olub.
Ermənistanda fəaliyyət göstərən müxalifyönümlü “Birgə” hərəkatı isə İrəvan toplantısının Ermənistan üçün “unikal” imkan yaratdığını, lakin ondan səmərəli istifadə olunmadığını bəyan edib. “Avroest-in toplantısında Ermənistan iki unikal imkanı əldə verdi. Birincisi, Azərbaycandakı məhsubların dərhal qaytarılmasıdır. İkincisi isə Qarabağ ermənilərinin dinc şəkildə geri dönüşünün təmini idi”.
Hərəkat bəyan edib ki, Ermənistanda hakimiyyətdə olan Mülki Müqavilə Partiyası Bakıda mühakimə olunan erməni separatçılarının geri alınmasına qarşı çıxmır. “Lakin paralel olaraq Azərbaycana qarşı tələb də irəli sürüə bilmir”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Noyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















