“Ermənistan Azərbaycandan Naxçıvana yol açmağa hazırdır” Paşinyan
Hurriyyet-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bakı ilə sülh müqaviləsi layihəsinin iki maddəsi razılaşdırılmamış olaraq qalır”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə partiya fəalları ilə qapalı görüşündən sonra jurnalistlərlə söhbəti zamanı deyib.
Paşinyanın sözlərinə görə, tərəflər sərhəddə avropalı müşahidəçilərin olması və beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı olaraq geri götürülməsində razılığa gələ bilməyiblər.
“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə mənfi cavab verməlidir və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur. Ermənistan İrandan keçən yol ilə eyni prinsiplə Azərbaycandan Naxçıvana yol açmağa hazırdır. Lakin bu halda İrəvan qarşılıqlı əsasda yolun istismarını daha da sadələşdirməyə hazırdır”, - Paşinyan bildirib.

