Icma.az
close
up
RU
Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır DEPUTAT AÇIQLADI

Ermənistan Azərbaycanla müharibəyə hazırlaşır DEPUTAT AÇIQLADI

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirir, ordumuzun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutur.

Buradan aydın görünür ki, Ermənistan rəhbərliyinin sözü ilə əməlləri üst-üstə düşmür. Paşinyan hakimiyyəti sülh müqaviləsi ilə bağlı bütün maddələri qəbul etdiyini açıqlayaraq beynəlxalq ictimaiyyətdə görüntü yaradır və digər tərəfdən isə şərti sərhədimizdə təxribatlara davam etdirir. 

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, Ermənistanın bu hərəkətləri onların əsil niyyətinin sülh olmadığını təsdiq edir.

"Təxribatların törədildiyi tarixlərə fikir versək görərik ki, bu, ya Azərbaycanda hər hansı bir beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi günlərə, ya bayram günlərimizə, ya da ki, faciəli tarixlərimiz ərəfəsində baş verir. Bu onu deməyimizə imkan verir ki, Ermənistanın mahiyyəti dəyişilməyib və özlərinin çirkin niyyətlərini davam etdirilməsi üçün fürsət axtarışındadırlar.

Amma onlar anlamırlar ki, bu gün Azərbaycan heç də 100 və ya 35 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan döyüş meydanında qalib gəlmiş Müzəffər orduya malik ölkədir. Bu baxımdan Ermənistanın bütün təxribat cəhdlərinin  qarşısı alınır və səbr nümayiş etdiririk. Bu da bizim sülh niyyətimizdən irəli gəlir. Amma təxribatlar davamlı xarakter alarsa və ərazilərimizin suverənliyinə təhlükə yaranarsa, təbii ki, biz ancaq cavab verməklə kifayətlənməyəcəyik”.

Deputat bildirib ki, əgər Ermənistan bizi yenidən müharibəyə məcbur etsə, onların arxasında kimin dayanmasından asılı olmayaraq, qısa zaman kəsiyində düşmən ordusunu tam tərkisilah etməyə məcbur olacağıq. Buna ordumuzun hərbi potensialı, təcrübəsi və vətənpərvərlik ruhu yüksək səviyyədə imkan verir.

“Ordumuz yenidən müharibəyə məcbur olunarsa, İrəvan yeni tabutlar üçün yerini qabaqcadan hazırlasın və Hərbi Qənimətlər Parkımızda boş qalmış ərazini Fransadan və Hindistandan alınmış hərbi texnikalarla bəzətməli olacağıq. Ermənistan cavabımızın çox ağır olacağını nəzərə alaraq təxribatlara əl atmaq əvəzinə ağlını başına yığıb sülh müqaviləsinin imzlanması üçün real addımlarını atsın”,- deyə Azər Badamov vurğulayıb.

Aminə Nəzərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 01 Aprel 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri