Icma.az
close
up
RU
Ermənistan bu kəndi Azərbaycana qaytarır

Ermənistan bu kəndi Azərbaycana qaytarır

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan demarkasiya çərçivəsində Qazaxın anklav Yuxarı Əskipara kəndini Azərbaycana təhvil verməyə hazırlaşır. Musavat.com “Hraparak” nəşrinə istinadla xəbər verir ki, əgər sərhədlərin müəyyənləşdirilməsi davam edərsə, təkcə Verin Voskepar ərazisi deyil, həm də dövlətlərarası magistral yolun Kirants-Voskepar hissəsinin bəzi hissələri Azərbaycana veriləcək.

Erməni mediası bildirir ki, bundan sonra Tavuş rayonunun mərkəzi olan İcevanın Noyemberyan icması ilə nəqliyyat əlaqəsi çətinləşəcək. Bildirilir ki, bu halda İcevan-Noyemberyan yoluna alternativ Yenokavan-Karmirgyugh-Jujevan avtomobil yoludur. Yolun qalan böyük hissəsinin isə hələ də tikintisinə ehtiyac var. “Hraparak” yazır ki, geodeziya mütəxəssisləri iki aydan çoxdur yolun tikintisi üzərində işləyir. “Hər xırda məsələdən böyük təbliğat səs-küyü çıxaran hökumət, 67 kilometr uzunluğunda və 14 milyard 670 milyon dram dəyərində avtomobil yolunun əsaslı təmir işləri barədə ictimaiyyəti məlumatlandırmayıb.

Bunun səbəbi İcevan-Noyemberyan yoluna alternativ olan Yenokavan-Karmirgyugh-Cujevan avtomobil yolunun əsaslı təmiri barədə məlumat alan ictimaiyyətin yaxın gələcəkdə sərhəd demarkasiyasının davam etdirilməsi ilə Yuxarı Əskiparanın Azərbaycan anklavı elan edilməsindən və Kirants-Voskepar yolunun bir çox hissəsinin Azərbaycana təhvil veriləcəyindən narahat olmasıdır. Bu ərazidə yaşayan insanlar bu təhvilvermənin Ermənistan üçün böyük təhlükələr yaratdığını çox yaxşı bilirlər”, - deyə erməni nəşri yazıb. Marqarita pizza

Mayın 30-da Əskipara kəndində keçirilən seçkiqabağı görüşdə baş nazir Nikol Paşinyan kənd meydanında toplaşan sakinlərə demarkasiya prosesinin başa çatdırılmasını ən vacib vəzifələrdən biri hesab etdiyini söyləyib. O, demarkasiya nəticəsində Azərbaycanla sərhəd yaxınlaşmasının təhlükəsizlik risklərini yaratmadığını əminliklə vurğulayıb. Paşinyan deyib ki, Yuxarı Əskiparada dövlət dəstəyi və 21 milyon dram dəyərində kredit maliyyələşdirməsi ilə fərdi evlər tikilir. Baş nazir bununla erməni sakinlərin azərbaycanlılarla daha yaxın qonşu kimi yaşamağa hazır olmalarını anons edib.

Qeyd edək ki, Yuxarı Əskipara Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklavdan biridir. Digər kəndlər isə Qazaxın Sofulu Barxudarlı və Naxçıvanın Kərki kəndidir. Yuxarı Əskipara kənd 8 iyun 1992-ci ildən Ermənistanın işğalı altındadır. Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşib. Aşağı Əskiparadan erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 637 nəfər əhali yaşayır. (musavat.com)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri