Ermənistan bu tarixə qədər Aİ üzvü olmayacaq
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi hələ də nəzəri olaraq qalır və respublikanın 2030-cu ilə qədər Aİ-yə üzv olması ehtimalı azdır".
"Unikal" xəbər verir ki, bu fikri Lüksemburqdan olan Avropa Parlamentinin üzvü Fernan Kartheiser "İzvestiya"ya bildirib.
Avropa Parlamentinin üzvü qeyd edib ki, İrəvanın Avropa İttifaqında böyük rəğbəti var və ittifaqla respublika arasında münasibətlər dərinləşməyə davam edir. Eyni zamanda, o, Ermənistanın Aİ-yə üzvlüyü məsələsinin hələ də nəzəri olduğunu vurğulayıb: "Ermənistanın coğrafi mövqeyi və qonşularından ən azı biri ilə mürəkkəb münasibətləri nəzərə alınmaqla, belə bir namizədlik bir çox sual doğurur. Son illərdə Aİ ilə Ermənistan arasında münasibətlərin durmadan yaxşılaşmasına baxmayaraq, 2030-cu ilə qədər üzvlük ehtimalı azdır".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 İyun 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















