Ermənistan bu türk ölkəsi ilə Göyçə gölünü müzakirə etdi
Icma.az bildirir, Bakupost portalına istinadən.
Ermənistanın ətraf mühit naziri Ambarsum Matevosyan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayevi qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Nazir görüşdə ikitərəfli gündəliyi genişləndirməyə və sektoral tərəfdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildirib. Tərəflər İrəvanda planlaşdırılan COP17 konfransına hazırlıq işləri ilə bağlı fikir mübadiləsi aparıb. Su sektorunun idarə olunması məsələlərinə xüsusi diqqət yetirilib.
Təcrübə mübadiləsi, birgə proqramların hazırlanması və potensialın artırılması sahələri də daxil olmaqla, onun çərçivəsində mümkün əməkdaşlıq perspektivləri də müzakirə edilib. Matevosyan Ermənistanın su ehtiyatlarının idarə olunmasına yanaşmalarını və Sevan (Göyçə) gölünün ekosistemi və biomüxtəlifliyini qorumaq üçün görülən işləri təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 24 Fevral 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















