Icma.az
close
up
RU
Ermənistan cəmiyyəti də dəyişməlidir İrəvana gedən deputatlardan ÇAĞIRIŞ

Ermənistan cəmiyyəti də dəyişməlidir İrəvana gedən deputatlardan ÇAĞIRIŞ

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Vaşinqtonda baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü sülh sazişi istiqamətində mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin də dediyi kimi, bu sənədin yalnız hazırkı Ermənistan hökuməti ilə deyil, bütövlükdə erməni xalqı ilə bağlanması əsas hədəfdir. Belə bir yanaşma müqavilənin dayanıqlı olması üçün onun bütün erməni cəmiyyətində qəbul görməsini vacib şərt kimi önə çıxarır.

İllərdir davam edən gərginlikdən sonra bölgədə yaranmış yeni siyasi mühit, dəyişən regional güc balansı və Qarabağın azad olunmasından sonra formalaşan reallıqlar sülh prosesinə fərqli rakursdan baxmağa imkan verir. Ermənistan cəmiyyətindəki daxili proseslər, region dövlətlərinin mövqeləri və beynəlxalq vasitəçilərin rolu bu dəfə danışıqların nəticəsinə birbaşa təsir göstərə biləcək amillər sırasındadır.

Modern.az mövzu ilə bağlı işğal dövründə Ermənistana rəsmi səfər edən azsaylı siyasətçilərdən olan Musa Quliyev Azay Quliyevlə həmsöhbət olub.  


Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda keçiriləcək görüş olduqca əhəmiyyətli və tarixi xarakter daşıyır:

“Bu görüş Azərbaycan–Ermənistan münaqişəsinin tam başa çatması prosesində mühüm mərhələ olacaq. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik siyasəti nəticəsində torpaqlarımız 30 il işğal altında qaldı. 44 günlük Şanlı Zəfərdən sonra isə proses yeni mərhələyə qədəm qoydu. Müharibədən sonra torpaqlarımızın azad edilməsi Azərbaycan–Ermənistan münasibətlərində əsas dönüş nöqtəsi oldu. O vaxtdan bəri bütün danışıqlarda şərtləri irəli sürən tərəf Azərbaycan olub və proseslər də Azərbaycanın diqtəsi ilə davam edib. Çünki bizim şərtlər ədalətlidir, tarixi həqiqətə əsaslanır və beynəlxalq hüquq normalarına uyğundur”.

Deputat vurğulayıb ki, Ermənistan tərəfinin ziq-zaqlı addımlarına baxmayaraq, nəticədə Azərbaycanın bütün təklifləri qəbul edilib və sülh müqaviləsinin mətni də məhz bu şərtlər əsasında hazırlanıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, davamlı sülh üçün yalnız Ermənistan hökumətinin deyil, erməni xalqının da müqaviləyə etimadı vacibdir:

“Cənab Prezidentin irəli sürdüyü iki əsas şərt nəzərə alınandan sonra əsaslı sülh müqaviləsi imzalanacaq. Bunlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının tamamilə çıxarılması, digəri isə Minsk qrupunun buraxılması və müqavilənin iki ölkə arasında birbaşa imzalanmasıdır. Proseslər də bu istiqamətdə gedir və Vaşinqton görüşündən sonra veriləcək bəyanatlar həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə sülhün şərtlərini daha aydın göstərəcək”.

Musa Quliyev hesab edir ki, erməni xalqı vahid mövqedə olmasa da, reallıqla barışan çoxluq artıq formalaşıb:

“Ermənistan məğlub ölkədir. Onların düşmənçilik siyasətinin yüz illik tarixi var və burada erməni kilsəsinin, diasporun rolu böyük olub. Ancaq 44 günlük müharibədən sonra Paşinyanın seçkilərdə qalib gəlməsi erməni xalqının reallığı anlamağa başladığını göstərdi. Sadə insanlar başa düşür ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanın məhvinə gətirib çıxarır. Kilsə hərəkatına, Köçəryan və Sarkisyanın çağırışlarına dəstəyin olmaması da bunu sübut edir”.

Deputat, həmçinin 2006 və 2012-ci illərdə İrəvana və doğulduğu Zəngəzurun Urud kəndinə səfərlərindən danışaraq həmin dövrdə erməni ictimaiyyətinin münasibətindəki fərqləri qeyd edib:
“2006-cı ildə bizə münasibət daha yumşaq idi, status-kvonun dəyişməyəcəyinə inanırdılar. 2012-ci ildə isə aqressiya artmışdı. Ancaq bugünkü reallıqda ictimai rəy siyasi təbliğatın təsiri altında olsa da, Ermənistan cəmiyyəti getdikcə həqiqətlə barışır”.

Musa Quliyev sonda Vaşinqton görüşünün tarixi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu görüş sülh yolunun son dayanacağı ola bilər. Ardınca Ermənistanda Konstitusiya dəyişikliyi və referendum keçiriləcək, torpaq iddiaları ləğv olunacaq. Minsk qrupunun fəaliyyətinə son qoyulması, kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması müzakirə ediləcək. Bu, artıq siyasi və iqtisadi reallıqdır və bundan qaçmaq heç kimə sərf etmir”.

Milli Məclisin deputatı Azay Quliyev isə deyir ki, Ermənistan konstitusiyasındakı ərazi iddiaları aradan qalxmasa, qalıcı sülh mümkün olmayacaq.

O qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ləğv olunmadan heç bir sənəd davamlı sülh və barışı təmin edə bilməz:

“Bizə elə bir sülh sazişi lazımdır ki, hökumətlər dəyişsə belə, heç vaxt pozulmasın. Elə bir sənəd olmalıdır ki, heç bir üçüncü tərəf son 200 ildə olduğu kimi qanunvericilikdəki “partlamamış minalardan” istifadə edərək yenidən Cənubi Qafqazda milli və etnik zəmində münaqişəni alovlandıra bilməsin. Məhz buna görə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu günün deyil, qarşıdakı onilliklərin strategiyasıdır və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənir”, – deyə deputat vurğulayıb.

Azay Quliyev xatırladıb ki, 2012-ci ilin fevralında Avronest Parlament Assambleyasının İrəvanda keçirilən komitə iclasında iştirak edib:

“O dövrdə ermənilər özlərini qalib kimi aparır, münaqişənin və ərazilərimizin işğal faktının müzakirə olunmaması üçün çalışırdılar. Məqsədləri Azərbaycanın torpaq itkisi ilə barışması, Ermənistanla əməkdaşlığa başlaması və bununla da işğalın nəticələrinin legitimləşdirilməsi idi. İrəvanda parlamentdə çıxışım zamanı Ermənistanı işğalçı adlandırıb, 20% ərazimiz azad olunmadan əməkdaşlığın mümkün olmadığını deyəndə mənə açıq hücum etdilər. Deputat Nairə Zöhrabyan hətta “əgər erməni xalqı qonaqpərvər xalq olmasaydı, səni bu sözlərinə görə öldürərdik” ifadəsini işlətdi. Bütün bunlar avropalı deputatların və medianın gözü qarşısında baş verdi. Bu nümunə müharibədən əvvəlki erməni cəmiyyətinin əhval-ruhiyyəsini aydın göstərir”.

Deputat qeyd edib ki, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra Ermənistan cəmiyyətində köklü dəyişikliklər baş verib:
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ordumuzun şücaəti sayəsində torpaqlar azad olundu. Nəticədə “miatsum” mifi tamamilə dağıldı, yüz illik millətçi ideologiya iflasa uğradı. Müharibədən əvvəl “Qarabağ Ermənistandır” deyən Paşinyan, Azərbaycanın “Dəmir Yumruğu”nun təsiri ilə “Qarabağ Azərbaycandır” dedi və erməniləri mifik Ermənistan yox, real Ermənistan haqqında düşünməyə çağırdı”.

Azay Quliyev vurğulayıb ki, beynəlxalq platformalarda da bu dəyişikliklər müşahidə olunur:
“ATƏT PA çərçivəsində son iki ildə Paşinyanın partiyasından olan deputatlar Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiklərini açıq deyirlər. Təxminən bir ay əvvəl Portoda keçirilən ATƏT PA-nın İllik Sessiyasında Ermənistanın hakim partiyası daşnakların Azərbaycana qarşı irəli sürdüyü dəyişiklikləri dəstəkləməkdən imtina etdi. Bu, artıq yeni siyasi reallığın göstəricisidir”.

Azay Quliyevin sözlərinə görə, yenə də tam davamlı sülhün əldə olunması üçün Ermənistan cəmiyyətində dərin islahatlar aparılmalı, revanşist qruplar və düşüncələr aradan qaldırılmalıdır:
“Qarabağı işğalda saxlayan Ermənistanla, müharibədə acı məğlubiyyətə uğramış Ermənistan arasında böyük fərq var. Amma qonşularına qarşı iddialardan tam imtina etmələri üçün cəmiyyətin tamamilə yenilənməsinə, radikal və revanşist elementlərdən təmizlənməsinə ciddi ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Avqust 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri