Ermənistan da parad keçirir? Paşinyan Bakını göstərib bunları dedi, xalq hiddətləndi
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın 8 noyabr tarixində keçirdiyi Zəfər Paradı Ermənistanda böyük səs-küyə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Asambleyada ölkənin hərbi parad keçirib-keçirməyəcəyinə dair sualı cavablandırıb.
“Hərbi paradla bağlı müxtəlif fikirlər var. Xüsusilə Azərbaycanda keçirilən paraddan sonra bu söhbətlər indi daha da aktivləşib. Amma düzünü desəm, hazırda biz sülh gündəminə diqqət yetirmişik”, – baş nazir bildirib.
Paşinyanın sözləri ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. “Oragir Nyus” xalq arasında sorğu keçirəcək Ermənistanda hərbi paradın baş tutmasına reaksiyaları öyrənib.
İştirakçıların əksəriyyəti məğlub ölkənin parad keçirməsinin doğru olmadığını qeyd ediblər. Bir qisim isə Paşinyanın sülh gündəmini bəhanə etdiyini və bunun paradın keçirilməməsi qərarına əsas təşkil etməsinin düzgün olmadığını vurğulayıb.
Maraqlıdır ki, cəmiyyətin böyük qisminin Bakıda baş tutan Zəfər Paradını izlədiyi deyilir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 14 Noyabr 2025 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















